“Gecə guya mənim silahı yerə qoymaq çağırışlarım barədə xeyli məlumat yayılıb. Demək belə: mən buradayam, heç bir silahı da yerə qoymayacağıq”. Bunu Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevin mərkəzində video çəkərək söyləyib. “Biz ordumuza və ölkəmizə inannırıq. Biz onu müdafiə edəcəyik! Yaşasın Ukrayna!”, - dövlət başçısı vurğulayıb. Qeyd edək ki, ötən gecə sosial şəbəkədə, xüsusilə teleqramda Ukrayna Prezidentinin adından kütləvi sayda dezinformasiyalar yayılmışdı.
Bütün hüquqlar qorunur © 2026