Çapa göndər
"Biz ordumuza və ölkəmizə inanırıq" - Zelenski

26 fevral 2022 - 11:10

“Gecə guya mənim silahı yerə qoymaq çağırışlarım barədə xeyli məlumat yayılıb. Demək belə: mən buradayam, heç bir silahı da yerə qoymayacağıq”.

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevin mərkəzində video çəkərək söyləyib.

“Biz ordumuza və ölkəmizə inannırıq. Biz onu müdafiə edəcəyik! Yaşasın Ukrayna!”, - dövlət başçısı vurğulayıb.

Qeyd edək ki, ötən gecə sosial şəbəkədə, xüsusilə teleqramda Ukrayna Prezidentinin adından kütləvi sayda dezinformasiyalar yayılmışdı.