Oktyabrın 18-i gündüz saatlarında Bakıda və Abşeron yarımadasında gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Bİ.az"a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında oktyabrın 18-i gündüz saatlarında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu 19-22 dərəcə isti təşkil edəcək.
Bütün hüquqlar qorunur © 2026