Çapa göndər
Gündüz saatlarında hava şəraiti necə olacaq ?

18 oktyabr 2018 - 11:07

Oktyabrın 18-i gündüz saatlarında Bakıda və Abşeron yarımadasında gözlənilən hava şəraiti açıqlanıb. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Bİ.az"a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında oktyabrın 18-i gündüz saatlarında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 

Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu 19-22 dərəcə isti təşkil edəcək.