Azərbaycanın Xocavənd rayonunun hələlik Rusiyanın sülhməramlı sayılan hərbi kontingentinin nəzarətində qalan Qağartsi kəndində bir erməni öz evində diri-diri yanıb. Bu haqda erməni mediası məlumat yayıb. 3 noyabr gecə saatlarında baş verən yanğını söndürmək üçün Xocavənd rayonundakı qanunsuz “fövqəladə hallar idarəsi”nin iki yanğınsöndürən bölməsi cəlb olunub Lakin kənd sakini N.Q.-ya məxsus ikimərtəbəli ev tamamilə yanıb, içərisində onun meyiti aşkar edilib.
Bütün hüquqlar qorunur © 2026