05 noyabr 2021 - 12:00
Azərbaycanın Xocavənd rayonunun hələlik Rusiyanın sülhməramlı sayılan hərbi kontingentinin nəzarətində qalan Qağartsi kəndində bir erməni öz evində diri-diri yanıb.
Bu haqda erməni mediası məlumat yayıb.
3 noyabr gecə saatlarında baş verən yanğını söndürmək üçün Xocavənd rayonundakı qanunsuz “fövqəladə hallar idarəsi”nin iki yanğınsöndürən bölməsi cəlb olunub
Lakin kənd sakini N.Q.-ya məxsus ikimərtəbəli ev tamamilə yanıb, içərisində onun meyiti aşkar edilib.