Rusiyanın İvanovo vilayətindəki həbsxanaların birində kuryoz hadisə baş verib. Vilayətdəki 4 saylı cəzaçəkmə müəssisində dustaqlara marixuana aparan pişik ələ keçib. Məlumata görə, pişiyin boğazına bağlanmış dəri xaltaya 5 qram marixuana yerləşdirilib. Hasardan aşıb həbsxananın həyətinə girən pişik şübhəyə səbəb olub. Araşdırmadan sonra pişiyin xaltasındakı marixuana götürülüb.
Bütün hüquqlar qorunur © 2026