Çapa göndər
Dustaqlara narkotik maddə daşıyan pişik ələ keçdi

20 oktyabr 2021 - 17:46

Rusiyanın İvanovo vilayətindəki həbsxanaların birində kuryoz hadisə baş verib.

 

Vilayətdəki 4 saylı cəzaçəkmə müəssisində dustaqlara marixuana aparan pişik ələ keçib.

 

Məlumata görə, pişiyin boğazına bağlanmış dəri xaltaya 5 qram marixuana yerləşdirilib. Hasardan aşıb həbsxananın həyətinə girən pişik şübhəyə səbəb olub. Araşdırmadan sonra pişiyin xaltasındakı marixuana götürülüb.