Bakı şəhərinin Binəqədi rayonunda yerləşən geyim mağazasında müştəriləri hər yerdə izləyirlər. Bu barədə müştərilər BAKU.WS-in “qaynar xətti”nə şikayətlərində bildiriblər. Qeyd edilir ki, 8-ci mikrorayonda yerləşən “Romantik” mağazasında qadınların soyunub-geyinmə otağına müşahidə kamerası qoyulub. Bununla da, paltarını dəyişən şəxsləri izləmək mümkündür. Şikayətçi redaksiyanın “qaynar xətti”nə mağazadan foto çəkib.
Bütün hüquqlar qorunur © 2026