Çapa göndər
Bu mağazada palatarlarını dəyişən qadınları izləyirlər

01 avqust 2019 - 12:50

Bakı şəhərinin Binəqədi rayonunda yerləşən geyim mağazasında müştəriləri hər yerdə izləyirlər.

Bu barədə müştərilər BAKU.WS-in “qaynar xətti”nə şikayətlərində bildiriblər.

Qeyd edilir ki, 8-ci mikrorayonda yerləşən “Romantik” mağazasında qadınların soyunub-geyinmə otağına müşahidə kamerası qoyulub.

Bununla da, paltarını dəyişən şəxsləri izləmək mümkündür.

Şikayətçi redaksiyanın “qaynar xətti”nə mağazadan foto çəkib.