Təqvim
Aprel şəhidlərinin əziz ruhuna həsr olunmuş “Mən səninləyəm,ana Vətən”bədii sənədli filminin nümayişi keçirilmişdir (+FOTOLAR)
10 aprel 2019 - 16:31

Canveten.az xəbər verir ki, 10  aprel 2019-cu il tarixində  Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi,Binə Mədəniyyət Mərkəzinin Akt zalında aprel şəhidlərinin əziz ruhuna həsr olunmuş “Mən səninləyəm,ana Vətən”bədii sənədli filminin nümayişi keçirilmişdir.

 

Tədbirdə Təyyarəçi, Qarabağ müharibəsi iştirakçısı,Milli Aviasiya Akademiyasının müəllimi Bayram Muxtarov,Xəzər rayon Qarabağ müharibəsi əlilləri və şəhid ailələri cəmiyyətinin sədri Səfa Əliyev,Xəzər rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev,şairə-jurnalist Gülarə Munis,filmin ikinci rejissoru Məlahət Əhmədova,şəhid ailələri,ikinci qrup Qarabağ əlili Baladdin Şəfəqqətov,şəhid Müşfiq Orucovun atası Arif Orucovun Abşeron Binə Peşə Liseyinin şagirdləri və müəllim kollektivi,149,136,117 saylı məktəbin müəllim və şagird kollektivi iştirak etdi.

 

İlk öncə Xəzər rayon MKS-in direktoru Vəfa Quliyeva çıxış edərək tədbir iştirakçılarını salamladı. Daha sonra Xəzər rayon Qarabağ müharibəsi əlilləri və şəhid ailələri cəmiyyətinin sədri Səfa Əliyev çıxış edərək belə tədbirlərin gənc nəslin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunmasında əhəmiyyətindən danışdı. Azərbaycanın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.

Sonra söz filmin yaradıcı heyətinə verildi.Qeyd edildi ki,ekran əsərinin prodüseri Xəqani Haşımov,quruluşçu rejissoru Elşən Zeynallıdır.

Sonra Binə Mədəniyyət Mərkəzinin direktoru Gülxanım Abbasova çıxış edərək şeir səsləndirdi.

Tədbir zamanı 149 saylı məktəbin şagirdi Adıgözəlova Səbinə və 117 saylı məktəbin məzunu ADU-nun tələbəsi şeir səsləndirdilər.

Filmdə ana obrazını canlarından şəhidin anası Ceyran Axundova çıxış edərək filmin yaradıcı heyətinə,tədbir iştirakçılarına təşəkkürünü bildirib.

Sonda “Mən səninləyəm, ana Vətən”bədii-sənədli filmi nümayiş edildi və bütün tədbir iştirakçıları tərəfindən alqışlarla sona çatdı.Qeyd edildi ki,Xəzər rayon MKS-i tərəfindən gənc nəslin hərbi-vətənpərvərlik ruhunda tərbiyəvi istiqamətində belə tədbirlərin silsilə şəklində gələcəkdə də keçirilməsi nəzərdə tutulmuşdur.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

                          

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
ELM-TƏHSİL, HUQUQ, ELM
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2026

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə