10 aprel 2019 - 16:31
Canveten.az xəbər verir ki, 10 aprel 2019-cu il tarixində Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi,Binə Mədəniyyət Mərkəzinin Akt zalında aprel şəhidlərinin əziz ruhuna həsr olunmuş “Mən səninləyəm,ana Vətən”bədii sənədli filminin nümayişi keçirilmişdir.
Tədbirdə Təyyarəçi, Qarabağ müharibəsi iştirakçısı,Milli Aviasiya Akademiyasının müəllimi Bayram Muxtarov,Xəzər rayon Qarabağ müharibəsi əlilləri və şəhid ailələri cəmiyyətinin sədri Səfa Əliyev,Xəzər rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev,şairə-jurnalist Gülarə Munis,filmin ikinci rejissoru Məlahət Əhmədova,şəhid ailələri,ikinci qrup Qarabağ əlili Baladdin Şəfəqqətov,şəhid Müşfiq Orucovun atası Arif Orucovun Abşeron Binə Peşə Liseyinin şagirdləri və müəllim kollektivi,149,136,117 saylı məktəbin müəllim və şagird kollektivi iştirak etdi.
İlk öncə Xəzər rayon MKS-in direktoru Vəfa Quliyeva çıxış edərək tədbir iştirakçılarını salamladı. Daha sonra Xəzər rayon Qarabağ müharibəsi əlilləri və şəhid ailələri cəmiyyətinin sədri Səfa Əliyev çıxış edərək belə tədbirlərin gənc nəslin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunmasında əhəmiyyətindən danışdı. Azərbaycanın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.
Sonra söz filmin yaradıcı heyətinə verildi.Qeyd edildi ki,ekran əsərinin prodüseri Xəqani Haşımov,quruluşçu rejissoru Elşən Zeynallıdır.
Sonra Binə Mədəniyyət Mərkəzinin direktoru Gülxanım Abbasova çıxış edərək şeir səsləndirdi.
Tədbir zamanı 149 saylı məktəbin şagirdi Adıgözəlova Səbinə və 117 saylı məktəbin məzunu ADU-nun tələbəsi şeir səsləndirdilər.
Filmdə ana obrazını canlarından şəhidin anası Ceyran Axundova çıxış edərək filmin yaradıcı heyətinə,tədbir iştirakçılarına təşəkkürünü bildirib.
Sonda “Mən səninləyəm, ana Vətən”bədii-sənədli filmi nümayiş edildi və bütün tədbir iştirakçıları tərəfindən alqışlarla sona çatdı.Qeyd edildi ki,Xəzər rayon MKS-i tərəfindən gənc nəslin hərbi-vətənpərvərlik ruhunda tərbiyəvi istiqamətində belə tədbirlərin silsilə şəklində gələcəkdə də keçirilməsi nəzərdə tutulmuşdur.
! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!
ŞƏRHLƏR :
( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )