Azəristiliktəchizat" ASC İstilik təchizatı sistemləri üçün zəruri olan mal-materiallar və nəzarət qurğuları alır. "Bİ" xəbər verir ki, bunun üçün şirkət eyni gündə 2 şirkətlə 516 min 664 manat dəyərində müqavilə bağlayıb. İstilik təchizatı sistemləri üçün zəruri olan mal-materialları Azəristiliktəchizat"a "Kaspian Stars" MMC verəcək. Oktyabrın 25-də imzalanan müqaviləyə görə, xidmət müqabilində şirkətə 275 min 833 manat ödəniləcək. İstilik təchizatı sistemləri üçün nəzarət ölçü çihazları, kompüter və elektrotexniki avadanlıqları isə "Ayzberq-M" MMC təmin edəcək. Əvəzində şirkətə 240 min 831 manat ödəniləcək. 1 Azəristiliktəchizat ASC Kaspian Stars MMC İstilik təchizatı sistemləri üçün zəruri olan mal-materiallar 275832.90 2018-10-25 32 Azəristiliktəchizat ASC Ayzberq-M MMC İstilik təchizatı sistemləri üçün nəzarət ölçü çihazları, kompüter və elektrotexniki avadanlıqlar 240831.32 2018-10-25
Bütün hüquqlar qorunur © 2026