Çapa göndər
"Azəristiliktəchizat"da qışa hazırlıq - Yarım milyonluq avadanlıq alır

29 oktyabr 2018 - 17:18

Azəristiliktəchizat" ASC İstilik təchizatı sistemləri üçün zəruri olan mal-materiallar və nəzarət qurğuları alır. 

 

"" xəbər verir ki, bunun üçün şirkət eyni gündə  2 şirkətlə 516 min 664 manat dəyərində müqavilə bağlayıb.  İstilik təchizatı sistemləri üçün zəruri olan mal-materialları   Azəristiliktəchizat"a   "Kaspian Stars" MMC verəcək. Oktyabrın 25-də imzalanan müqaviləyə görə, xidmət müqabilində şirkətə   275 min 833 manat ödəniləcək. 

 

 İstilik təchizatı sistemləri üçün nəzarət ölçü çihazları, kompüter və elektrotexniki avadanlıqları isə "Ayzberq-M" MMC təmin edəcək.  Əvəzində şirkətə 240 min 831 manat ödəniləcək. 

 

 

 

1

Azəristiliktəchizat ASC

Kaspian Stars MMC

İstilik təchizatı sistemləri üçün zəruri olan mal-materiallar

275832.90

2018-10-25

32

Azəristiliktəchizat ASC

Ayzberq-M MMC

İstilik təchizatı sistemləri üçün nəzarət ölçü çihazları, kompüter və elektrotexniki avadanlıqlar

240831.32

2018-10-25