Bu gün axşam saatlarından etibarən Türk lirəsi xarici valyutalar qarşısında möhkəmlənməyə başlayıb. "Bİ" xəbər verir ki, Bakı vaxtı ilə saat 22:20-də avro 2%-dən artıq ucuzlaşıb. İndi Avropa valyutası 6,50 lirəyə ticarət edilir. ABŞ dolları isə 0,61% geriləyərək 5,70 lirəyə düşüb. Xatırladaq ki, gündüz saatlarında dollar/lirə məzənnəsi 5,78 olub.
Bütün hüquqlar qorunur © 2026