Gələn ilin dövlət büdcəsindən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə (“ASAN xidmət”) ayrılacaq vəsait artırılır. “BI” xəbər verir ki, 2019-cu ilin büdcəsindən ombudsmana 28 milyon 183 min 220 manatın ayrılması planlaşdırılır. Bu məbləğ 2018-ci ildəki vəsaitdən 4 milyon 120 min 861 manat çoxdur. Qeyd edək ki, büdcə zərfi gələn ay Milli Məclisin komitə iclaslarında müzakirəyə çıxarılacaq.
Bütün hüquqlar qorunur © 2026