Təqvim
Uşaqlar internetdə nələr edir? – ARAŞDIRMA
23 oktyabr 2018 - 22:36

“Kaspersky Lab”ın yayımladığı son hesabata görə, şirkətin “Valideyn Nəzarəti Modul”undan əldə etdiyi statistikaya, əsasən bütün dünyada uşaqların yay tətili müddətində internetdə nələr etdiyini elan edib.

"" xəbər verir ki, araşdırma uşaqların məktəb olmayan vaxt internetdə nələr izlədiyini, nələrə qulaq asdığını və onlayn nə aldığını açıqlayıb.

Hesabatda 2018-ci ilin iyun ayından avqust ayının ortasına qədər Windows PC-lər və Mac, Android və iOS cihazlarından edilən axtarışlar ilə bağlı anonim statistikalar yer alıb.

Statistika “Valideyn Nəzarəti Modul”u açıq olan Kaspersky Lab flaqman məhsulları və uşaqları internetdən qorumaq üçün yaradılan Kaspersky Safe Kids xidmətindən əldə edilib. Əldə edilən məlumatlara görə, qlobalda uşaqlar bu yay sosial mediada vaxt keçirtmək əvəzinə, video kontent izləməyi və musiqiyə qulaq asmağa üstünlük veriblər. Araşdırma, həmçinin onların “YouTube”da daha çox vaxt keçirtdiklərini ortaya çıxarıb.

Fərqli ölkələrdə yaşayan uşaqların PewDiePie adlı bloggerə marağı yüksək olub. Netflix də uşaqların üstünlük verdiyi platformalardan biri olub. Onlar platforma üzərindən bir sıra fərqli TV proqramlarını izləyiblər. Balaca uşaqların seçimləri arasında isə Nickelodeon, Cartoon Network ve Disney Channel ilə yanaşı, SüngerBob KarePantolon cizgi filmləri olub.

Uşaqlar musiqiyə qulaq asmaq üçün isə Spotify, Soundcloud və iTunes kimi xidmətlərdən istifadə ediblər. Uşaqlar arasında ən populyar musiqi növü isə rep olub. Bu yay öldürülən məşhur rep musiqi sənətçisi XXXTentacion-un ölümü haqqında xeyli axtarış edilib. Buna görə, reperin mahnılarına baxış sayı rekorda çatıb. Qeyd olunan dövr ərzində adıçəkilən reper uşaqlar arasında digər bütün sənətçilərdən də ən çox qulaq asılanı olub. Uşaqlar BBC, CNN ve BuzzFeed kim xəbər saytlarını da tez-tez ziyarət etməyə başlayıblar.

Həmçinin 2018 FIFA Dünya Çempionatı ilə bağlı son xəbər, nəticələri öyrənmək üçün də vaxt xərcləyiblər. Əlbəttə, internet üzərindən oynanılan oyunlar da populyarlığını qoruyur. Qlobalda uşaqlar Fortnite oyun növünə maraq göstərib. Beləliklə, bu nəticələr bugünə qədər ən populyar oyun olan PUBG-u taxtından salıb. Bu yay uşaqların maraq göstərdiyi digər sahələr isə geyim və mobil cihazlar olub. Uşaqların internet mağazaları arasında ən çox üstünlük verdikləri platformalar Ebay, Amazon, Aliexpress, ASOS ve H&M-di. Onlar arasında ən populyar markalar isə Nike, Adidas, Supreme, Gucci və Vans oldu. Bütün mobil cihazlar arasında uşaqların maraq göstərdikləri isə iPhone və Samsung Galaxy olub.

Uşaqların oyun, video, musiqi ilə yanaşı, böyüklər üçün nəzərdə tutulmuş saytları da tez-tez axtarışa veriblər. Ancaq valideynlər bu cür saytları bloklayan məhsullar (məsələn, Kaspersky Lab) ilə uşaqların belə saytlara girməsinin qarşısını alıb. Məsələn, qonşu Türkiyədə uşaqların internetdə böyüklər üçün nəzərdə tutulmuş məzmun axtarış faizi 0,24 olub.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
XARİCİ ƏLAQƏLƏR
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2026

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə