Təqvim
İşsizlikdən sığorta fondunun büdcəsi açıqlanıb
23 oktyabr 2018 - 12:54

 İşsizlikdən sığorta fondunun 2019-cu il büdcəsinin gəlirləri və xərcləri 83 mln. 451 min 400 manat məbləğində proqnozlaşdırılıb.

"Bİ" xəbər verir ki, bu, "İşsizlikdən sığorta fondunun 2019-cu il büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb.

Sənəddə bildirilib ki, gələn il fondun gəlirləri işsizlikdən sığorta üzrə sığorta haqları 83 mln. 421 min 400 manat, büdcədən maliyyələşən təşkilatlar üzrə 13 mln. 60 min 700 manat, büdcədən maliyyələşən təşkilatlarda işləyənlər üzrə 13 mln. 60 min 700 manat, qeyri-büdcə sektoru üzrə 57 mln. 300 min manat və sair gəlirlərdən 30 min manatlıq daxilolmalar hesabına təmin ediləcək.

Qanun layihəsində fondun xərclərinin istiqamətləri də açıqlanıb. Belə ki, 2019-cu ildə fond tərəfindən işsizliyə görə sığorta ödənişləri 11 mln. manat, peşə hazırlığı və əlavə təhsilin təşkilinə 1 mln. 800 min manat, peşə yönümünə dair məsləhət xidmətlərinin göstərilməsinə 1 mln. 300 min manat, əmək yarmarkaları və əmək birjalarının təşkilinə 150 min manat, haqqı ödənilən ictimai işlərin təşkilinə 1 mln. 900 min manat, özünüməşğulluq tədbirlərinin təşkilinə 42 mln. 41 min 400 manat, sığortaolunanların əmək haqqının müəyyən hissəsinin müəyyən müddətə (3 ay, 6 ay, 9 ay, 1 il) sığortaedənlərlə birlikdə maliyyələşdirilməsinə 5 mln. manat, peşə standartlarının hazırlanması 1 mln. manat, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın ( qurumun) aparatının və onun yerli orqanlarının saxlanılması xərclərinə 19 mln. 260 min manatın yönəldilməsi nəzərdə tutulur.

Sənəd Milli Məclis plenar iclasında müzakirəyə çıxarılacaq. Parlament qanun layihəsini qəbul etdiyi təqdirdə, sənəd ölkə başçısı tərəfindən imzalanmalıdır.

Qeyd edək ki, qanun 2019-cu ilin yanvarın 1-dən qüvvəyə minəcək.

Sosial şəbəkələrdə paylaş:
Mənbə:
© report
Kateqoriya:
MƏDƏNİYYƏT
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2026

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə