Təqvim
Bakıda mer seçkiləri keçiriləcək?
22 oktyabr 2018 - 11:59

Azərbaycan Milli Məclisinin deputatları paytaxt Bakı şəhərində mer seçkilərinin keçirilməsi mövzusuna münasibət bildiriblər.

"Bi" xəbər verir ki, Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli açıqlamasında deyib ki, Bakıda mer seçkilərinin keçirilməsi müsbət addım olar.

Onun sözlərinə görə, Azərbaycan müstəqil olduqdan sonra sonra Konstitusiya aktını qəbul edib, sənəddə demokratik prinsiplər əksini tapıb: “Bu seçkilərin keçirilməsi də demokratiyanın tərkib hissəsidir. Böyük şəhər bələdiyyələrinin yaradılması ilə bağlı, o cümlədən merin seçilməsi üçün seçkilərin keçirilməsi məsələsi Avropa Şurası qarşısında da bir öhdəlikdir. Bu məsələ ilə bağlı həm daxildə, həm də xaricdə müəyyən iradlar bildirilir”.

Deputat qeyd edib ki, hazırda da Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyinat olmaması mer seçkilərinin keçiriləcəyini istisna etmir: “Yəni, bu ehtimal var. Bunun üçün də qanunvericikdə dəyişiklik edilməlidir. Ümumiyyətlə, bu seçkinin keçirilməsi mümkündür. Seçkilərin keçirilməsi məsələsi ilə bağlı ölkə rəhbərliyində də müsbət fikirlər var. Bu cür addım atılarsa, ictimaiyyət də bunu müsbət qarşılayar”.

 

Tahir Kərimli

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli

Bunun üçün də qanunvericikdə dəyişiklik edilməlidir. Ümumiyyətlə, bu seçkinin keçirilməsi mümkündür. 

 

T.Kərimli vurğulayıb ki, bu seçkilər yalnız Bakıda deyil, digər böyük şəhərlərdə - Gəncədə və Sumqayıtda da keçirilməlidir.

Milli Məclisin deputatı Vahid Əhmədov da  açıqlamasında mer seçkilərinin keçirilməsinin müsbət addım kimi qiymətləndiriləcəyini qeyd edib: “Şəhər bələdiyyələrinin yaradılması ilə bağlı müzakirələr uzun müddətdir ki, aparılır. Əlbəttə, Bakı kimi böyük şəhərdə rəhbərlik seçki ilə seçilməlidir. Düşünürəm, mer seçkilərinin keçirilməsi məqsədəuyğundur. Bununla əlaqədar qanunvericiliyə müvafiq dəyişikliklər edilməlidir. Ölkədə Prezident, parlament, bələdiyyə seçkiləri keçirilib, amma mer seçkiləri keçirilməyib. Ona görə də qanunverici baza təkmilləşdirilməlidir”.

 

Vahid Əhmədov

Milli Məclisin deputatı Vahid Əhmədov

Bu, həm də hesabatlılığı, şəffaflığı təmin etmək üçündür. Azərbaycanın da böyük şəhərlərində - Bakıda, Gəncədə, Sumqayıtda mer seçkilərinin keçirilməsi müsbət addım kimi qiymətləndirilə bilər.

 

Deputat bildirib ki, bir sıra demokratik dövlətlərin böyük şəhərlərində mer təyin olunmur, seçkilər vasitəsilə seçilir: “Bu, həm də hesabatlılığı, şəffaflığı təmin etmək üçündür. Azərbaycanın da böyük şəhərlərində - Bakıda, Gəncədə, Sumqayıtda mer seçkilərinin keçirilməsi müsbət addım kimi qiymətləndirilə bilər”.

Xatırladaq ki, aprelin 21-də Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, Hacıbala Abutalıbov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. H.Abutalıbov digər sərəncamla Baş nazirin müavini təyin edilib. Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov vəzifəsindən azad olunaraq şəhər icra hakimiyyətinin başçısının müavini vəzifəyinə təyin edilib. O, həm də icra hakimiyyəti başçısının səlahiyyətlərini icra edir.

Sosial şəbəkələrdə paylaş:
Mənbə:
© report
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2026

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə