Təqvim
İstiqamət hissinizin yaxşılaşdırılmasının - 8 YOLU
21 oktyabr 2018 - 00:55

A məntəqəsindən B-yə çatmaqda çətinlik çəkirsiniz? B əvəzinə gedib L, O, S və T-yə çıxırsınız?

Və ya tez-tez, "Mən azmamışam, sadəcə, oriyentasiyamı itirmişəm" təkrarlayırsınız?

Əgər elədirsə, neyrofizioloq Catherine Loveday-dən bu məsləhətlər sizə kömək edəcək.

1. Marşrutunuzu planlaşdırın

Barcelona şəhəri, CataloniaFotonun müəllifiGETTY IMAGES
Tanımadığınız yerə yollanırsınız? Əvvəlcə virtual məkanda həmin yeri nəzərdən keçirin.

"Streetview" proqramına və fotolara baxmaq imkanınız varsa, təsəvvür edin ki, siz seçdiyiniz marşrutla hərəkət edirsiniz.

Hər bir döngəyə fikir verin, diqqət çəkən əlamətləri yadda saxlamağa çalışın ki, reallıqda həmin yolu keçəndə marşrutunuzu yada sala biləsiniz.

2. Həyəcanlanmayın

Londonu gəzən gəncFotonun müəllifiGETTY IMAGES
Həyacanlanıb, gücünüzü stressə sərf etməyin

Çalışın həyəcanlanmayın - həyəcan yükü sizin küçə tanımaq imkanlarınıza əlavə əngəl yaradacaq və düzgün istiqamət tapmaq qabiliyyətiniz zəiflədəcək.

Səyahət marşrutunuzu əvvəlcədən planlaşdırsanız, sizdə yarana bilən nigarançılıq hissini xeyli zəiflədə bilərsiniz.

3. Diqqətinizi cəmləşdirin

Gənc asiyalı cütlük yolu planşetin köməyilə tapmağa çalışırlarFotonun müəllifiGETTY IMAGES
Image captionMarşrutu tapmaq heç də həmişə asan olmur

Telefonla danışmaq, mesaj göndərmək və ya başqa şey haqqında fikirləşmək də sizə mane ola bilər.

Tam konsentrasiya olmağa çalışın.

4. Tarixi yerləri tapın

Istambul şəhəri - Tükiyə.Fotonun müəllifiGETTY IMAGES
Şəhərin mənzərəsi sizə tanışdırsa, həmin şəhərdə azmaq qorxusu daha zəif, düzgün yol tapmaq isə daha asan olur

Çalışın, tanış və ya seçilən yerləri qeyd edin və nəzərinizdən itirməyin.

Misal üçün, şəhərdə gəzirsinizsə, bu, ən hündür bina ola bilər.

Hər dəfə yolunuz boyu istiqaməti dəyişəndə həmin binanın harada qaldığını təyin etməyə çalışın - bu, sizə ərazinin xəritəsini xəyalən təsəvvür etməyə kömək edəcək.

5. Arxanıza da nəzər salın

Gənc afrikalı qadın qatara minərkən arxaya nəzər salırFotonun müəllifiGETTY IMAGES
Bu yeri mən yenidən tanıya biləcəyəmmi?

Çox vaxt insanlar yalnız qarşılarında gördüklərinə fikir verirlər, lakin arxaya da baxanlar daha yaxşı naviqator sayılmalıdırlar.

Bu cəhətin, xüsusilə, geri yolda sizə köməyi dəyə bilər.

6. Marşrutunuzu xatirələrinizlə əlaqələndirin

Concept illustration: a computerised image of a brain and memories

Fotonun müəllifiGETTY IMAGES

Keçdiyiniz yolları yadda saxlamağa çalışın - sonradan həmin xatirələr sizə yolu tapmaqda kömək edəcək

Siz geri dönəndə və ya nə vaxtsa keşdiyiniz yolu təkrar etməyə çalışında xatirələriniz köməyinizə gələ bilər.

Söhbətləşdiyiniz və ya nəğmə dinlədiyiniz yeri xatırlamaq, geri dönərkən və ya eyni marşrutla yenidən hərəkət edəndə sizin karınıza çata bilər.

7. Fotolar çəkin

Yapon qadını kənddə gəzişirFotonun müəllifiGETTY IMAGES
Yolda çəkdiyiniz şəkillər geri dönəndə düzgün istiqamət seçməyə kömək edə bilər.

Əgər siz hansısa marşrutla təkrar hərəkət etməyi planlaşdırırsnıızsa, gözə dəyən yerlərdə şəkillər çəkin və sonra onları nəzərdən keçirin.

Təhlillər göstərib ki, düzgün istiqamətin tapılmasında fotoların videodan daha çox köməyi dəyir.

8. Keçdiyiniz yolu gözünüzün qabağına gətirin

Qadın marşrutunun mümkün variantlarını beynindən keçirir.Fotonun müəllifiGETTY IMAGES
Marşrutunuzun xəritəsini beyninizdə xəyalən cızın - bu, sizə səyahətini daha arxayın vəziyyətdə etməyə kömək edəcək.

Marşrutunuzu bitirkdən sonra, keçdiyiniz yolu təhlil edin, gözünüzün qabağına gətirin.

Bunu etməklə siz həmin marşrut barədə beyninizdə qalan informasiyanı yaddaşınızda cəmləşdirəcəksiniz.

Əgər bundan sonra da siz düzgün istiqamət tapmaqda çətinlik çəkəcəksinizsə, onda əlinizin altında həmişə olan smartfonunuzun GPS naviqasiyası tətbiqinə müraciət edin, amma onu da nəzərə alın ki, GPS-ə nə qədər çox bel bağlayarsansa, təbii yolla düzgün istiqamət tapmaq qabiliyyətiniz də o qədər zəifləyər.

Sizə yaxşı yol!

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
Həyat tərzi
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2026

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə