Təqvim
Bu arayışların verilməsi qaydaları dəyişib
19 oktyabr 2018 - 08:32

Nazirlər Kabineti əmək qabiliyyətinin müvəqqəti itirilməsilə əlaqədar qeyri-müəyyən formalı arayışların verilməsi qaydalarına dəyişiklik edib.

“Bİ” xəbər verir ki, bu barədə sənədi Baş nazir Novruz Məmmədovimzalayıb.

Dəyişiklik “Xəstəlik vərəqələrinin verilməsi və müalicə-sağlamlıq məqsədlərinə ödənişlərin təyin edilməsi və verilməsi qaydalarının təsdiqi haqqında”, “Azərbaycan Respublikasında əlillərin problemləri üzrə kompleks proqramın həyata keçirilməsi haqqında”, “Azərbaycan Respublikası DİN-nin Müəssisədənkənar Mühafizə xidmətinin Əsasnaməsi haqqında”, “Azərbaycan Respublikası dövlət ümumtəhsil məktəblərinin, liseylərin və gimnaziyaların nümunəvi ştatları haqqında” və “Büdcədən maliyyələşdirilən məktəbəqədər uşaq müəssisələrinin nümunəvi ştatı haqqında” qərarlarda öz əksini tapıb.

Dəyişikliklər aşağıdakı kimidir:

1. “Xəstəlik vərəqələrinin verilməsi və müalicə-sağlamlıq məqsədlərinə ödənişlərin təyin edilməsi və verilməsi qaydalarının təsdiqi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 8 yanvar tarixli 9 nömrəli qərarına 2 nömrəli əlavə - “Sosial sığorta haqları ödəyən vətəndaşlara xəstəlik vərəqələrinin verilməsi qaydası haqqında Təlimat”ın 36-cı hissəsinin yeddinci abzasında “uşaq müəssisələrinə” sözləri “təhsil müəssisələrinə” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 10 may tarixli 185 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların problemləri üzrə kompleks Proqram”ın 1-ci bölməsinin onuncu abzasının ikinci cümləsində “uşaq” sözü “təhsil” sözü ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 17 may tarixli 197 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası DİN-nin Müəssisədənkənar Mühafizə xidməti haqqında Əsasnamə”nin 23- cü hissəsində “uşaq” sözü “təhsil” sözü ilə əvəz edilsin.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 may tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş 1 nömrəli əlavə - “Azərbaycan Respublikası ibtidai, əsas, orta ümumtəhsil məktəblərinin, liseylərin və gimnaziyaların rəhbər işçilərinin, inzibati-təsərrüfat, tədris yardımçı və xidmət işçiləri heyətinin nümunəvi ştatları”nın “Qeydlər”inin 17-ci hissəsində “uşaq” sözü “təhsil” sözü ilə əvəz edilsin. 5. “Büdcədən maliyyələşdirilən məktəbəqədər uşaq müəssisələrinin nümunəvi ştatı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 29 may tarixli 61 nömrəli qərarında aşağıdakı dəyişikliklər edilsin: 5.1. adında, 5-ci hissəsində, 6-cı hissəsinin birinci və ikinci abzaslarında, 7-ci hissəsinin birinci və dördüncü abzaslarında, 8-ci (hər iki halda) hissəsində, 9-cu hissəsinin birinci abzasında ismin müvafiq hallarında “uşaq müəssisələri” sözləri ismin müvafiq hallarında “təhsil müəssisələri” sözləri ilə əvəz edilsin; 5.2. 3-cü hissədə “uşaq müəssisəsi” sözləri “təhsil müəssisəsi” sözləri ilə və 4-cü hissənin ikinci abzasında “uşaq müəssisəsində” sözləri “təhsil müəssisəsində” sözləri ilə əvəz edilsin; 5.3. həmin qərarla təsdiq edilmiş 1 nömrəli əlavə - “Uşaq bağçalarının nümunəvi ştatı”nın “Qeydlər”inin 8-ci hissəsində “uşaq müəssisəsinə” sözləri “təhsil müəssisəsinə” sözləri ilə əvəz edilsin; 5.4. həmin qərarla təsdiq edilmiş 2 nömrəli əlavə - “Körpələr evi - uşaq bağçalarının nümunəvi ştatları”nın “Qeydlər”inin 10-cu hissəsində “uşaq müəssisəsinə” sözləri “təhsil müəssisəsinə” sözləri ilə əvəz edilsin.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
BANK
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2026

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə