Təqvim
“Müharibə veteranı" və Prezident təqaüdünün təyinatına başlanıldı
01 fevral 2022 - 13:02

Prezident İlham Əliyevin 29 dekabr 2021-ci il tarixli Sərəncamının icrası olaraq Vətən müharibəsinin iştirakçılarına “Müharibə veteranı” adı və Prezidentin aylıq təqaüdünün təyinatına başlandı.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ilkin olaraq Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Sərhəd Xidməti tərəfindən Nazirlər Kabineti ilə razılaşdırılmış siyahı əsasında bu qurumların 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək olan dövr ərzində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş hərbi qulluqçularına “Müharibə veteranı” adı verilib.

DSX üzrə iştirakçılar barədə məlumatlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Zəfər” altsisteminə daxil edilib.

Nazirlik  tərəfindən isə altsistemə barələrində məlumat daxil edilmiş həmin hərbi qulluqçulara 2022-ci ilin 1 yanvarından Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdü (80 manat) təyin edilib.

Təqaüdlərin təyinatı hərbi qulluqçuların müraciəti olmadan, heç bir sənəd təqdim edilmədən, e-sistem üzərindən proaktiv qaydada aparılır. Təyin edildiyi tarixdən asılı olmayaraq təyinat tarixi 2022-ci ilin 1 yanvarından rəsmiləşdirilərək ödənilir.

Hazırda digər qurumlar (Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və s.) üzrə də qeyd olunan adın verilməsi və təqaüd təyinatının aparılması üçün aidiyyəti işlər aparılır.

Vətən müharibəsinin bütün iştirakçılarına “Müharibə veteranı” adının verilməsi və Prezidentin aylıq təqaüdünün təyinatı prosesi yaxın günlərdə tam yekunlaşacaq.

Müharibə veteranı kimi Prezidentin aylıq təqaüdü təyin edildiyi andan şəxsin adında olan telefon nömrəsinə bu barədə, habelə təqaüd kartını hansı bankdan əldə edəcəyinə dair SMS göndəriləcək.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
MƏDƏNİYYƏT
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2026

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə