İranda covıd-19-un Omicron ştamına yoluxanların sayı günü-gündən artır. Bunu İranın səhiyyə nazirinin müavini Səid Kərimi deyib. O bildirib ki, ölkədə koronavirusun Omicron ştamına yoluxanların sayı 194 nəfərə çatıb. Nazirin sözlərinə görə, Omicrona yoluxmuş şəxs 2-3 gün ərzində digər şəxsləri də yoluxdura bilər. Qeyd edək ki, bundan öncə İranda Omicron virusuna yoluxanların sayının 159 nəfər olduğu bildirilib.
Bütün hüquqlar qorunur © 2026