Təqvim
Azərbaycanda hotellərin onlayn reytinqi qurulacaq
18 oktyabr 2018 - 11:39

Azərbaycanı keyfiyyətli turizm brendi kimi dünyaya tanıtmaq üçün bacarıq lazımdır. Biz yeni bazarlar açmalı, onlayn tədarük şəbəkəsi yaratmalıyıq.

 

Bunu Milli Turizm Sammitində çıxış edən Azərbaycan Turizm Bürosunun icraçı direktoru Florian Sengstschmidt deyib. Onun sözlərinə görə, hər bir ölkə özünü gözəl mənzərəsi ilə dünyaya tanıtmağa çalışır, özünün qlobal rəqabətdə fərqliliyini göstərir: "Bu fərqliliyi hər kəs yarada bilir. Bizim strategiya da bu fərqliliyi inkişaf etdirməkdir. Biz turizmin inkişafı üçün bir çox hədəflər seçmişik. Bu gün onlardan ilkini - turizm brendini təqdim edirik. Yeni brendin dünya ictimaiyyətinə təqdimatı isə bu ilin noyabrında Londonda keçiriləcək “Dünya Səyahət Bazarı” (London WTM) sərgisində baş tutacaq".

F.Sengstschmidt qeyd edib ki, qarşılıqlı əməkdaşlıq nəticəsində turizm strategiyası ölkə üçün daha önəmli olacaq.

 

Onun sözlərinə görə, nəzərdə tutulan turizm strategiyasına uyğun olaraq, hotellərin onlayn reytinqi qurulacaq, bələdçilərin sertifikatı olacaq: "Tarixi qoruqlarla bağlı layihələr hazırlanır. Tarixi qoruqlardan səmərəli istifadə ilə bağlı ilk layihə Basqal bölgəsi üzrə olacaq. Yanardağda çox gözəl sərgi mərkəzi açacağıq. Şahdağda da mövcud infrastruktur genişləndirilir. 24 saat ərzində işləyən "Qaynar xətt", informasiya texnologiyalarından istifadə bizim üçün çox vacib alətdir. Biz stimullaşdırıcı tədbirlərlə də bağlı təkliflərimizi verəcəyik".

 

 

© Trend

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
ELM-TƏHSİL
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2026

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə