Təqvim
Azərbaycandakı türk bankı ehtiyatlarını artırıb
17 oktyabr 2018 - 17:02

“Ziraat Bank Azərbaycan” ASC 2018-ci ilin doqquz ayını 1 milyon 604 min manat xalis mənfəətlə başa vurub.

Bİ.az xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyon 500 min manat azdır. Başqa sözlə, “Ziraat Bank Azərbaycan”ın xalis mənfəəti 2 dəfə azalıb.

Bankın maliyyə hesabatlarına əsasən, cari ildə faiz gəlirləri 8 milyon 306 min manatdan 9 milyon 596 min manata, qeyri-faiz gəlirləri isə 3 milyon 19 min manatdan 3 milyon 467 min manata yüksəlib. Lakin gəlirlərin artması ilə bərabər xərclər artdığı üçün əməliyyat mənfəəti   4 milyon 525 min manatdan 4 milyon 358 min manata düşüb.

Maliyyə Bazarlarına Nəzarət Palatasının tələbi ilə bank ehyiyata ayırmalarını 2 dəfədən çox artırıb. Nəticədə əməliyyat mənfəətinin 2 milyon 516 min manatını aktivlər üzrə ehtiyat saxlanılıb. Bank üçüncü rübdə 237 min manat mənfəət vergisi ödəyib.

 

30 Sentyabr 2018-ci il tarixində “Ziraat Bank Azərbaycan”  215 milyon 460 min manat cəmi aktivlərə malik olub. Bunun 95 milyon 50 min manatı müştərilərə verilən kreditlərdir. Halbuki, ötən ilin eyni dövründə bank 167 milyon 796 min manat cəmi aktivlərə, 70 milyon 173 min manat kredit portfelinə sahib idi. 

2018-ci ilin 3-cü rübünün sonunda bankın "Nastro" hesablarında 31 milyon, qeyri-rezident banklarda 27 milyon manatdan çox vəsaiti var.

“Ziraat Bank Azərbaycan” 147 milyon 839 min manat cəmi öhdəliklərə və 67 milyon 621 min manat cəmi balans kapitalına malik olub.

 

 

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
MƏDƏNİYYƏT
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2026

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə