Təqvim
Dünya Bankı: "Xarici şoklar olmasa, inflyasiya 3% gözlənilir"
17 oktyabr 2018 - 16:00

Azərbaycanda ortamüddətli dövrdə təbii qaz ixracı və daxili tələbatın artımı iqtisadi faəliyyəti gücləndirəcək.

Bİ.az xəbər verir ki, Dünya Bankının Azərbaycanla bağlı hesabatında ortamüddətli dövr üçün 2,7% səviyyəsində artım müəyyən olunub.

Qeyd edilir ki, neftin sabit qiymətləri, bazarın etibarlılığının yüksəlməsi, investisiyaların tədricən bərpa olunması və bank sektorunun inkişafından asılı olaraq Azərbaycanda qeyri-neft sektorunda artım baş verəcək. 

Xarici şokların olmadığı təqdirdə ölkəmizdə inflyasiyanın 3 faizdən aşağı olacağı gözlənilir.

Dünya Bankının mütəxəssisləri hesab edir ki, neft qiymətləri indiki səviyyədə qalsa, cari əməliyyatlar hesabının profisitinin 2020-ci ilə qədər ÜDM-in orta hesabla 10%-nə bərabər olacaq. Analitiklərin fikrincə, manatın məzənnəsindəki yüksəliş səbəbindən idxal arta bilər. "Hökumət yüksələn qlobal maliyyə bazarının qeyri-müəyyənliyinə cavab olaraq ehtiyatlı davransa da, fiskal xərclər artacaq", - deyə hesabatda qeyd olunub. 

Neft qiymətlərinin artması ilə ortamüddətli dövrdə fiskal balansda profisitdə olacağı proqnozlaşdırılır.

Dünya Bankında hesab edirlər ki, Türkiyəyə iqtisadi təzyiqlərin davam edəcəyi və türk lirəsinin zəfləyəcəyi təqdirdə isə bu, qardaş ölkəyə ixrac olunan Azərbaycan məhsullarının rəqabət qabiliyyətinə mənfi təsir göstərəcək və bu da manata təzyiqləri artıracaq. 

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
MƏDƏNİYYƏT
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2026

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə