Amerika lideri Donald Tramp Federal Ehtiyat Sistemi (FED) tərəfindən aparılan baza faiz dərəcəsinin qaldırılması siyasətini prezident postunda öz uğurları üçün əsas təhlükə hesab edir. Bİ.az xəbər verir ki, o bunu "Fox Business" telekanalına müsahibəsində deyib. "Mənim üçün ən böyük təhlükə Federal Ehtiyat Sistemidir. Çünki FED faiz dərəcəsini çox tez-tez qaldırır", - deyə o, müvafiq suala cavab verərkən bildirib. Tramp qeyd edib ki, FED müstəqil qurumdur, ona görə də, o, tənzimləyicinin siyasətinə qarışmır. Bununla belə Tramp istənilən halda FED-in hazırkı siyasətindən narazı olduğunu bildirib: "Mən heç kimi günahlandırmıram, onları ora mən təyin etmişəm". ABŞ prezidenti həmçinin əlavə edib ki, ümumilikdə FED-in rəhbər vəzifələrinə təyin etdiyi şəxslərdən razıdır, lakin onların aralarında istisnalar da var. FED sentyabrın 26-da baza faiz dərəcəsini növbəti dəfə qaldırıb.
Bütün hüquqlar qorunur © 2026