Təqvim
Naxçıvan Müdafiə Komitəsinin ilk sədri olmuş Elman Abbasov “Şücaətə görə” medalı ilə (ölümündən sonra) təltif edilib
15 sentyabr 2021 - 21:23

Azərbaycanın zəngin dövlətçilik tarixində güclü, mütəşəkkil, peşəkar və yüksək döyüş hazırlığına malik ordunun yaradılması, formalaşdırılması və inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Xalqımızın böyük oğlu Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçiləndən cəmi 4 gün sonra – 1991-ci il sen­tyabrın 7-də Nax­çıvan Müdafiə Komitəsi yaradılıb.

 

Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə yaradılan və Əlahiddə Ümumqoşun Orduya qədər böyük bir inkişaf yolu keçən Müdafiə Komitəsinin ilk sədri Elman Abbasov təyin edilib. Azərbaycanın həqiqi hərbi xidmət keçirilən ilk milli оrdusunun kоmandiri və Müdafiə Kоmitəsinin sədri olmuş Elman Abbasovun xüsusi xidmətləri sayəsində torpaqlarımızın qorunması daha da peşəkarlaşaraq müdafiə gücümüz nizami ordu halını almışdır.

 

7 sentyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə nazirinin əmri ilə Abbasov Elman Abbas oğlu “Şücaətə görə” medalı ilə (ölümündən sonra) təltif edilib.
Azərbaycan Respublikasının “Şücaətə görə” medalının təqdim edildiyi tədbirdə Elman Abbasovun oğlu Tural Abbasov və qardaşı Nizami Abbasov iştirak edib. Tədbirdə Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayev Elman Abbasovun  ərazi bütövlüyümüzün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, öz xidməti vəzifələrini, vətənin müdafiəsində hərbi borcunu yerinə yetirərkən şücaət göstərdiyinə görə təltif edildiyini diqqətə çatdırıb. Bu da Vətən qarşısında borclarını layiqincə yerinə yetirən, vətənpərvərlik nümunəsi göstərən insanların fəaliyyətinə dövlətimizin verdiyi yüksək qiymətdir.

 

“Şücaətə görə” medalı ilə təltif olunan Elman Abbasovun oğlu Tural Abbasov göstərilən qayğıya görə dövlətimizə minnətdarlıq edib və bunu Vətən, xalq qarşısında xidməti olan şəxslərə hərtərəfli dövlət qayğısı kimi dəyərləndirib.
Sonra “Şücaətə görə” medalı Tural Abbasova təqdim edilib.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
HUQUQ
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2026

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə