Təqvim
Kirayə bazarında “qiymətlər yanır” - ARAŞDIRMA
16 oktyabr 2018 - 17:29

Bu tendensiya davam etsə, Bakıdakı mənzillərin yarısı, İstanbuldakı kimi, kirayənişinlərlə dolu olacaq. 

Bİ.az xəbər verir ki, kirayə qiymətlərinin artımı bu il xüsusilə nəzərəçarpan olub.

“Bahalaşmanın səbəbi, tələblər kimlərdən gəlir?”, “Qarşıdakı illərdə bazarı nə gözləyir?” kimi suallara cavab tapmağa çalışacağıq. 

Yenidən şəhərə!

2015-ci il devalvasiyasından sonra “şəhərdən kəndə” şüarı gündəmə gəlsə də, bu, çox uzun sürmədi. Bakıda kirayə bazarındakı artan qiymətlər yenə də kəndin şəhərə köçdüyünü göstərir. Üstəlik, turistlərin sutkalıq verilən evlərə tələbatları artdığından qiymətlər üzü yuxarı gedir. 

Paytaxtın kirayə bazarında qiymətləri tələbat formalaşdırır. Qiymət artımı isə 100-150 manat civarındadır. Bəs, tələbat niyə artıb? 

1. Köhnə binalar sökülür, yeniləri az tikilir;
2. İş yerləri yenə də paytaxtda cəmlənib;
3. Orta qiymət seqmentində mənzil təklifi azdır;
4. Turist axını əmlak bazarındakı vəziyyətə birbaşa təsir edir.

Hər il 60 min ailə kirayə bazarına üz tutur

Artıq iki ildir ki, inşaat sektorunun ÜDM-dəki payı 5 faizi ötmür. Halbuki, vaxtilə bu göstərici 35 faizin üstündə idi. Rəqəmlərə görə, il ərzində 20-25 min ev tikilir. Müqayisə üçün deyək ki, hər il Azərbaycanda 80 min nikah qeydə alınır.

Əmlak bazarı üzrə ekspert Ramil Qasımzadənin sözlərinə görə, potensial olaraq, hər il 60 min ailə kirayə bazarına üz tutur.

Bundan başqa, kirayə bazarının 20 faizini tələbələr təşkil edir. Azərbaycanda işləyən xarici ölkə vətəndaşlarının bu bazardakı payı 10 faiz təşkil edir. Halbuki bu faiz əvvəllər 20 faizin üstündə idi. 

Son illər Azərbaycanda xarici şirkətlərin sayının azalması və əmək bazarında yerli kadrların yetişməsi xarici kirayənişinləri azaltdı. Kirayə bazarında ailəsi rayonda yaşayan, özü Bakıda çalışan işçi heyətinin də çəkisi az deyil.

Əvvəllər ailəsi ilə birlikdə kirayədə yaşayan region sakini indi bir neçə iş yoldaşı ilə birlikdə kirayə qiymətini bölüşərək məskunlaşmağa çalışır. Nəticə olaraq, hazırda Bakıda birotaqlı mənzili 300 manata tapmaq müşkül məsələdir. 

Yeni və köhnənin fərqi 

Hazırkı iqtisadi vəziyyət yeni binada evi olanlara təmirlə bağlı problem yaradıb. Üstəlik, bu binalarda bağban, mühafizə, parkinq kimi xidmətlərin dəyərini toplasaq, elə bunların qiyməti 50 manatdan baha başa gəlir. Ona görə də kirayə mənzil axtaranların əksəriyyəti 1960-1985-ci illərin binalarına üz tuturlar. 

Köhnə binalarda qiymətlər aşağıdakı kimidir:

bir otaqlı – 300-350 manat;
iki otaqlı – 350-500 manat;
üç otaqlı – 600-800 manat.

Yeni binalarda qiymət əksər hallarda 1000 manatdan başlayır. Amma bu binalara kirayənişin tapmaq çətindir. Ona görə də yeni binaların gündəlik qiymətlə kirayə verilməsi daha yaxşıdır. 

Dəbdəbəli hotellərdə qalmağın nə mənası?

Kirayə bazarında yenilik olan turistlərin tələbatı qiymətlərin bahalaşmasında xüsusi rol oynayır. Bakı sakinləri İKT-nin yeniliklərindən istifadə edərək, artıq evlərini internet vasitəsilə istifadəyə verirlər. 

Belə ki, evlərin kirayəsi üzrə turistlər üçün axtarış sistemlərinə də qoşulublar. Artıq “Booking” kimi saytlarda təkcə Bakıdakı deyil, turizm rayonlarındakı evlərin sutkalıq qiymətləri də yer alır. 

Ramil Qasımzadənin sözlərinə görə, satışlar yaxşı gedir. Turistlər sutkalıq qiymətlərlə ev götürməkdə maraqlıdırlar. 

Səbəbinə gəlincə, birincisi, hotellər turistlərin ehtiyacını tam ödəyə bilmir. Bakıdakı və regiondakı hotellərin bir sutkalıq qiyməti 100-150 manatdan yuxarıdır, hostellərin isə sayı azdır deyə tələbatı ödəmir. Digər tərəfdən, turistlərin çoxu qısa müddət üçün gəlir və onların əsas məqsədi paytaxtı gəzib-dolaşmaqdır. Ona görə də dəbdəbəli hotellərdə qalmağın heç bir mənası yoxdur. Amma belə templə davam etsə, kirayə evlərin sutkalıq qiymətləri hotellərin qiymətinə çatacaq. 

“İndi Bakıda şəhərin mərkəzinə yaxın evləri sutkalıq 60 manatdan ucuz tapmazsınız, halbuki əvvəllər 30 manat idi”, - deyə R.Qasımzadə vurğulayıb.

P.S. Beləliklə, Bakının meqapolisə çevrilməsi davam edir, paytaxtın əmlak bazarındakı iki il əvvəlki qiymət düşməsi yenidən bahalaşma ilə əvəzlənir, xüsusən də qarşıdakı illərdə kirayə bazarıтdakı qiymətlərin qalxması proqnozu özünü doğrultmağa başlayır.  

Sosial şəbəkələrdə paylaş:
Müəllif:
Kateqoriya:
İnşaat və əmlak
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2026

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə