"ABŞ dolları 2024-cü ilə qədər avro qarşısında 40% ucuzlaşacaq". Bİ.az xəbər verir ki, belə bir proqnozla “A.G. Bisset Associates” valyuta proqramları menecmenti şirkətinin icraçı direktoru Ulf Lindal çıxış edib. Onun sözlərinə görə, 1970-ci ildən Amerika valyutası 15 illik enmə və qalxma dövrünü təkrarlayır. Ekspertin fikrincə, 5 ildən sonra 1 avro 2 dollara bərabər olacaq. Bununla belə, USD/EUR nisbəti barədə proqnoz verən bəzi analitiklər 2022-ci ilə qədər 1 avronun 1,28 dollar təşkil edəcəyi qənaətindədir.
Bütün hüquqlar qorunur © 2026