Təqvim
Müdafiə naziri “Dəniz təməl komando kursu”nun buraxılış mərasimində iştirak edib (+FOTO=6, +VİDEO)
21 avqust 2021 - 16:52

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti “Dəniz təməl komando kursu”nun buraxılış mərasimində iştirak edib.

 

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

 

Hərbi Dəniz Qüvvələrinin hərbi hissəsində keçirilən tədbirdə əvvəlcə ümummilli lider Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət Himni səsləndirilib.

 

Mərasimdə çıxış edən müdafiə naziri məzunları təbrik edib, onlara gələcək xidmətlərində uğurlar arzulayıb. Vətən müharibəsi zamanı Azərbaycan ordusunun bütün hərbi qulluqçuları kimi, dəniz piyadalarının da şücaətini xüsusi vurğulayan nazir hərbçilərimizin qəhrəmanlıqlarının Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən yüksək qiymətləndirildiyini qeyd edib.

 

Türkiyəli peşəkar təlimatçıların cəlb olunduğu kursun yüksək səviyyədə təşkilinə və keçirilməsinə görə müdafiə naziri türkiyəli zabitlərə və bütün heyətə təşəkkürünü bildirib. Nazir Azərbaycan ordusunun hərbi qulluqçularının peşəkarlığının daha da yüksəldilməsinə böyük töhfə verən bu kimi kursların davam etdiriləcəyini qeyd edib.

 

Sonra kurs birincisi tərəfindən rəmzi yaş kötüyünə emblem vurulub və məzunlara sertifikatlar təqdim edilib. Kursda fərqlənən hərbi qulluqçular və təlimatçılar fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıb.

 

Buraxılış mərasimi başa çatdıqdan sonra dəniz piyadalarının istifadəsində olan silah və digər hərbi vasitələr nümayiş etdirilib. Məruzə edilib ki, bu silahlar Vətən müharibəsi zamanı da qarşı tərəfin məhv edilməsində geniş tətbiq olunub.

 

Sonda hərbi hissənin ərazisindəki təlim poliqonunda sualtı hücum və sualtı müdafiə bölmələrinin təlim epizodları izlənilib.

 

Xüsusi təyinatlıların nümunəvi çıxışlarını izləyən müdafiə naziri tapşırıqların daha keyfiyyətli icra edilməsi ilə bağlı komandanlığa müvafiq göstərişlər verib.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
HUQUQ
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2026

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə