Təqvim
“Əgər sürüşmə zonasındakı torpaqları mən satmışamsa...” - Abutalıbov
16 oktyabr 2018 - 14:34

Bakı şəhəri Səbail rayonu ərazisində - Badamdar şossesindəki (Badamdarla 20-ci sahəni birləşdirən yol) sürüşmə ilə bağlı ilkin rəy açıqlanıb.

 Bİ.az xəbər verir ki, bu barədə Baş nazirin müavini Hacıbala Abutalıbov məlumat verib.

“Sürüşmə səbəbi sudur”

O qeyd edib ki, ilkin rəydə sürüşməyə səbəb su amili göstərilib:

“Su olmayan yerdə sürüşmə olmur. Torpağın altındakı gil su daxil olanda sabun halını alır və üzərindəki torpağı sürüşdürüb aparır. İndi bizim məqsədimiz suyun səviyyəsinin süni surətdə azaldılmasına nail olmaqdan ibarətdir. Quyular qazılaraq nasoslar vasitəsilə çəkiləcək və suyun səviyyəsi aşağı salınacaq”.

Baş nazirin müavini torpaq qatının altına su yığılmasının səbəblərinə də aydınlıq gətirib:

“Birincisi, ümumiyyətlə, Badamdar-3 massivində kanalizasiya sistemi yoxdur. İkincisi, bu ərazi 1860-cı ildən bəri sürüşmə zonasıdır və həmişə sürüşüb. 2015-ci ildə bununla bağlı Nazirlər Kabientinin qərarı var. Xüsusi qərara görə, ərazi aktiv sürüşmə zonasına daxildir və orada heç bir tikinti həyata keçirilə bilməz”.

“O torpaqları mən satmışamsa...”

H.Abutalıbov həmin ərazidəki torpaqların onun mer olduğu dövrdə ayrı-ayrı imkanlı adamlara satıldığı iddiasını da cavablandırıb:

“Sizin mülahizələriniz ki var bu yerlər mənim mer olduğum dövrdə satılıb, buna da cavab verirəm. Birincisi, o torpaqlar dövlət torpağıdır və satılmır. İkincisi, mən 3 gündür ərazidəyəm. 11 evin hamısının sakinləriylə də görüşərək, xəbərdarlıq etmişəm. Hər birinə demişəm ki, bu evlərin hamısı söküləcək. Və sökülməzdən əvvəl bu sürüşmə davam etdiyi üçün fəlakət tikililəri aparacaq. Əgər o torpaqları sakinlərə mən Hacıbala Abutalıbov tərəfindən - hansı ki bu, ömrümdə ola bilməz - yaxud bir başqası tərəfindən satılsaydı, sözsüz bu 11 nəfərdən biri etiraz edərdi. Çıxıb mənə deyərdi ki, “ay Hacıbala müəllim, siz satıbsız axı”. Bu sözü eşitməmişəm. Çünki belə bir şey olmayıb. 

Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini Eldar Əzizovun mənə verdiyi məlumata görə, həmin evlər 1990-cı ildə inşa olunmuş tikililərdir...

İkincisi, evlər sökülsə də, sahiblərinə kompensasiya verilməyəcək. Çünki əhali bilirdi ki, orada ev tikmək olmaz. Bu gün evlərdən birinin böyük divarı sürüşdü. Yəni proses gedir, onsuz da hamısı sürüşəcək. Ona görə də yenə də deyirəm, bu evlərin qalma ehtimalı sıfırdır. Təbii fəlakət baş verib və proses davam etdiyindən evlərin hamısı təbii olaraq sürüşəcək, dağılacaq”.

"Məni dahi Lev Tolstoyun vəziyyətinə salmayın..."

H.Abutalıbov hər zaman ünsiyyətdə olduğu jurnalistlərə də çağırış edib:

“Siz jurnalistlərin vəzifəsi iddia edilən, müzakirəyə çıxarılan məsələlərlə bağlı sualları mənə ünvanlamaqdır. Çünki bunlara aydınlıq gətirildikcə, oxunursunuz. Mənim də borcum ünvanlanan sualları cavablandırmaq, təbliğ etmək və məsələlərə hüquqi qiymət verilməsinə çalışmaqdır. Bunların hamısı normal proseslərdir. Amma yazanda vicdanınızın səsinə də qulaq asın. Elə edin ki, məni dahi Lev Tolstoyun ömrünün axırıncı illərindəki vəziyyətə salmayasınız. Düzdür, Tolstoy ömrünün sonunu tənhalıqla başa vurdu. Amma bir şeyi də yaddan çıxarmayın ki, mən hər şeyə dözənəm. Çünki tənhalıq özü də xoşbəxtlikdir”.

“Vicdanla yazın”

Baş nazir müavininin “Hacıbala müəllim, niyə özünüzü tənha hiss edirsiniz, axı siz tək deyilsiniz” sualına cavabı belə olub:

“Yox, mən ümumiyyətlə deyirəm. Bilin ki, tənhalıq da bir xoşbəxtlikdir. Tək olsan da sən özün, vicdanın, xeyirxahlığınla bir yerdə yaşayırsan. Ona görə deyirəm ki, bütün jurnalistlər vicdanla yazsınlar”.

Qeyd edək ki, 2018-ci il oktyabr ayının 12-də gecə saatlarında Bakı şəhəri Səbail rayonu ərazisində - Badamdar şossesində (Badamdarla 20-ci sahəni birləşdirən yol) torpaq qatı asfaltın üstünə qədər gəlib. Sürüşən torpaq qatının eni 250, uzunluğu 200, hündürlüyü isə 15 metrdən artıqdır.

Hadisə nəticəsində həmin yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılıb və yamacda yerləşən 8 fərdi yaşayış evinin (villa) sahiblərinə evləri müvəqqəti boşaltmaq tapşırılıb. Hazırda həmin villalar gözətçilər tərəfindən qorunur. 

Sosial şəbəkələrdə paylaş:
Mənbə:
© modern
Kateqoriya:
İnşaat və əmlak
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2026

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə