Təqvim
Eldəniz Səlimovun polisi döyməsi ilə bağlı deputatlardan REAKSİYA
30 iyul 2021 - 20:25

Milli Məclisin Xaçmazdan seçilən deputatı Eldəniz Səlimovun polis əməkdaşını döyməsi ictimaiyyət arasında ciddi rezonans doğurub.

 

Ötən gündən geniş müzakirələrə səbəb olan hadisə barədə Daxili İşlər Nazirliyi (DİN) rəsmi açıqlama yayıb. Bildirilib ki, iyulun 29-da gecə 12-dən sonra Xaçmaz rayonunun Nabran qəsəbəsi ərazisində, deputat Eldəniz Səlimov qohumuna məxsus iaşə obyektində sərxoş vəziyyətdə Xaçmaz Rayon Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Şöbəsinin polis əməkdaşı Mirzəyev Zaur Cavanşir oğlunu döyərək ona xəsarət yetirib.

 

Eldəniz Səlimov karantin rejimi qaydalarına uyğun olaraq obyektin bağlanmasını tələb edən polis əməkdaşlarına etiraz edərək münaqişə yaradıb. Fakt üzrə araşdırma aparılıb və materiallar araşdırılması üçün Baş Prokurorluğunun İstintaq İdarəsinə göndərilib.

 

Modern.az ölkə gündəmini zəbt edən hadisə ilə bağlı Eldəniz Səlimovun həmkarlarından münasibət öyrənməyə çalışıb.

 

 

Deputat Fazil Mustafa məsələnin İntizam komissiyasının səlahiyyətində olduğunu deyib:

 

“Bu məsələ İntizam komissiyasının səlahiyyətindədir. Onlara müraciət olunacaq və məsələyə baxılacaq”.

 

Milli Məclisin deputatı Aqil Abbas isə Eldəniz Səlimovu “paqon yoldaşı” adlandıraraq, mövzu barədə danışmaq istəməyib.

 

Millət vəkili Məlahət İbrahimqızı həmkarı Eldəniz Səlimovun polisi döyməsinə inana bilmədiyini söyləyib:

 

“Həmkarımız Eldəniz Səlimovun mətbuatda belə bir xoşagəlməyən məlumatını oxudum. Doğrusu, inana bilmədim. İstənilən halda hər bir millət vəkili, eləcə də ziyalı öz davranışına çox ciddi nəzarət etməlidir. Belə bir xəbər almaq həqiqətəndə ürəkaçan deyil”.

 

Əlaqə saxladığımız bir neçə parlamentari isə həmkarı ilə bağlı qalmaqala toxunmaq istəmədiyini deyib.

Sosial şəbəkələrdə paylaş:
Mənbə:
© modern
Kateqoriya:
ELM
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2026

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə