2017-2018-ci maliyyə ilinin yekununda ABŞ-ın federal büdcəsinin kəsiri 17% artaraq 779 mlrd. dollar təşkil edib. Bİ.az xəbər verir ki, bu barədə ölkənin Maliyyə Nazirliyi məlumat yayıb. Məlumata görə, büdcə kəsiri ABŞ-ın ümumi daxili məhsulunun (ÜDM) 3,9%-i qədər olub ki, bu da son 6 ildə rekord həddir. Xatırladaq ki, ABŞ-ın dövlət borcu da artmaqdadır.
Bütün hüquqlar qorunur © 2026