Təqvim
Ermənistan – mifoloji təsəvvürlərə əsaslanan dövlət
21 dekabr 2020 - 20:38

 

 

 

 

 

 

 

 

 

 

1993­-1995-­ci illərdə Ermənistan Milli Təhlükəsizlik naziri olmuş David Şahnazaryanın fikrincə, «bugünkü Ermənistanın siyasəti tarix haqqında romantik, mifoloji təsəvvürlərə əsaslanır… Hazırkı hakimiyyət erməni dövlətinin gələcəyini olmayan yerdə ­tariximizdə axtarır».

 

 

Mifoloji təsəvvürlərə əsaslanan siyasət əfsanəvi iddialar icad edir. Onlardan ikisi belədir:

 

1) «Naxçıvan ­tarixi erməni torpaqlarının özəyidir»

 

2) «Dağlıq Qarabağ və Naxçıvan bir neçə minillik ərzində erməni dövlətinin ayrılmaz hissəsi olmuşdur».

Bu, Ermənistan hökumətinin BMT­-yə təqdim olunmuş rəsmi mövqeyidir.

 

Dərhal soruşmaq lazım gəlir:

1.N.Adonsun 1910-­cu ildə yazdığı kimi, əgər e.ə. VII əsrdə kimmerlərin basqını nəticəsində «öz hüdudlarından sıxışdırılmış friqiya erməniləri Fərat çayını keçərək yerli aramey əhalisilə» qarışmışdılarsa və «gəlmə friqiyalaların başlıca olaraq aramey mənşəli aborigenlərlə qovuşmasından erməni xalqının özəyi» formalaşmışdısa, «ermənilər Qərbdə kilikiyalılarla, Şərqdə matienlərlə qonşu» idilərsə və yaxud B.Đşxanyanın vurğuladığı kimi, «ermənilərin həqiqi vətəni Kiçik Asiya»dırsa, «Qafqaz ərazisinin müxtəlif hissələrinə ermənilər yalnız son yüzilliklər ərzində səpələniblər»sə, «Naxçıvan­tarixi erməni torpaqlarının özəyi» ola bilərmi?

 

 

2. Erməni dövləti «bir neçə minillik ərzində» mövcud olubmu ki, Naxçıvan da bir neçə minillik ərzində erməni dövlətinin tərkibində olmuş olsun?

Bir deyil, iki deyil, belə və bundan da gülünc iddi alar: «Ordubadda çoxlu ağcaqayın, şərq çinarı olması təsadüfi deyil. Məlumdur ki, ağcaqayın erməni xalqının sevimli ağacıdır. Bütpərəstlik dövründə ermənilər bu ağacı müqəddəs sayaraq ona sitayiş etmişlər» (A.Ayvazyan).

 

Belə «dəlil» əsasında Ordubadı əzəli erməni ərazisi sayanlara nə ad verəsən?

 

Bir onu demək qalır ki, ey çoxlu ağcaqayını, xan çinarı olan xalqlar, agah və ayıq-sayıq olun, sabah sizi də «qara siyahıya» sala bilərlər, sabah sizin də çinarlı torpaqlar «əzəli erməni torpaqları» sayıla bilər!

 

Ermənilərin mifoloji təsəvvürlərlə yaşaması, özünəvurğunluğu hələ çoxdan yerə-­göyə sığmır. 1703­-cü il mayın 27-­də erməni nümayəndələri Rusiya imperatoru I Pyotra tam ciddiliklə yazmışdılar: «Dünyanın yaranması bizim ölkədən başlanmışdır. Nuhun gəmisi Ararat dağında dayananda Nuh o gəmidən çıxmış və dünyayi-­aləm o gəmidən yaranmışdır. Çarlıqların çoxu bizim ölkənin tərkibindən ayrılmışdır. (! – T.K.). Bizim dövlətimiz bütün dövlətlərdən qədimdir (! – T.K.), bütün dövlətlərin açarı bizim əlimizdədir».

 

Biz bilmirik bu məktub I Pyotru heyrətə gətirib, ya yox. Bəlli olan odur ki, belə məktublar ermənilərin çar sarayına ayaq açmalarında rol az oynamamışdır.

 

Maraqlıdır, görəsən nə əcəb erməni diplomatları 27 may 1703­-cü il tarixli məktubu BMT-­yə göndərərək tələb etmirlər ki, ermənilərin bəşəriyyətin taleyində oynadıqları «tarixi rolu» BMT öz emblemasında əks etdirib əbədiləşdirsin və həm də xan çinarı olan bütün əraziləri müqəddəs və əzəli erməni ərazisi elan etsin?!

 

Ümumiyyətlə desək, erməni müəllifləri tarixlərini qədimləşdirmək üzrə rekordsmen sayıla bilərlər. Məsələn, Z.Balayana görə, Yerevan şəhəri 4 minillik yaşı olan Vavilon şəhərinin, yaxud bünövrəsi e. ə. VIII əsrdə qoyulmuş Roma şəhərinin həmyaşıdıdır.

 

Halbuki görkəmli mütəxəssis V.V.Bartoldun yazdığı kimi, «İrəvan Teymur dövründə bir kənd kimi salınmış, yalnız Şah İsmayıl dövründə şəhər olmuş və o zaman da indiki adını almışdır».

 

Ermənilərin məskunlaşdığı ərazi e. ə. 520-­ci ilin axırlarında İran Əhəmənilər dövləti tərəfindən işğal edilir. E.ə. IV əsrin axırlarında Makedoniyalı İsgəndər Əhəminilər dövlətini məğlub etdikdən sonra gah müstəqil, gah asılı erməni çarlıqları yaranır.

 

Amerikan müəllifləri Makkartilərin fikrincə, müstəqil erməni çarlığı e. ə. I əsrdə yaranmışdır. Onlar yazmışlar: «Ermənilərin erkən tarixi haqqında kifayət qədər dəqiq məlumat yoxdur… Şərqi Kiçik Asiyada olan müstəqil erməni çarlığı böyük Tiqran (e.ə. 95­56­cı illər) dövründə yaranmışdır. Tiqrandan sonra ermənilər bir çox əsr ərzində Roma, Sasanilər İranı və Bizans imperiyaları da daxil olmaqla digər ölkələrin vassaları olmuşlar».

 

Fransa tarixçisi Jorj de Malevil də həmin fikirdədir: «Tiqran, romalılarla qarşılaşmış qonşuları Mitridatın və fars monarxının ümumi çətinliklərindən istifadə edərək müvəqqəti müstəqilliyə nail oldu, lakin nəticə etibarilə Pompey tərəfindən məğlub edildi və devrildi. «E.ə. 95­-ci ildən 56­-cı ilədək olan dövr istisna olmaqla Ermənistan heç bir vaxt həqiqi müstəqillik qazana bilmədi və o, həmişə hansısa uzaq imperiyan ın vassalı oldu».

 

ABŞ müəllifi Pol Xensenin yazdığına görə, «Böyük Ermənistan kimi mədh edilən «Tiqran erməni çarlığında» ermənilər şəksiz azlıq təşkil etmişlər».

 

Eramızın 387-­ci ilində «Böyük Ermənistan» adlanan ərazi İran Sasanilər dövləti ilə Roma imperiyası arasında bölünür. O zamandan ermənilər dövlətçilikdən məhrum olurlar. Bundan yalnız 15 əsr sonra, 1918-­ci ildə indiki Ermənistan ərazisində erməni dövlətçiliyi yaradılır.

 

E.ə. 316­-cı ildən b.e. 387­-ci ilinə qədər, yəni təqribən 7 əsr ərzində bu və ya başqa şəkildə erməni dövləti mövcud olub . Doğrudur, Veliçkonun yazdığı kimi, «XI əsrin axırlarında Kiçik Kilikiyada erməni dövlətçiliyinin müəyyən görüntüsü yaranır. Və bu görüntü 1375­-ci ildə tamamilə dağılır».

 

Lakin nə Dağlıq Qarabağın, nə də Naxçıvanın Kilikiyaya, eləcə də əvvəlki erməni çarlıqlarına heç bir aidiyyəti olmamışdır.

 

Beləliklə Naxçıvanın, eləcə də Dağlıq Qarabağın «bir neçə minillik ərzində erməni dövlətinin ayrılmaz tərkib hissəsi olması» haqqında Ermənistan hökumətinin iddiası ağ yalandır, BMT­-ni, dünya ictimaiyyətini aldatmaq məqsədi güdən fitnəkarlıqdır.

 

 

 

 

 

 

Akademik Tofiq Köçərlinin “Naxçıvan:uydurmalar və tarixi həqiqətlər” (Bakı, “Elm-2005”) kitabından

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
MƏDƏNİYYƏT
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2026

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə