Təqvim
İrəvan quberniyasının müsəlman sakinlərinin üçdə ikisindən çoxu öldürülmüş və ya qaçqına çevrilmişdi.
22 dekabr 2020 - 20:34

 

 

 

 

 

 

 

 

 

 

Birinci Dünya Müharibəsi zamanı Rusiyanın hərbi hakimiyyəti ermənilər və azərbaycan türkləri arasında 1905-ci il iğtişaşlarının təkrar olunmasına imkan vermirdi. Lakin Rusiya hakimiyyətinə son qoymuş rus inqilabı zamanı düş­mənçilik yenidən alovlandı. Azərbaycanın ən iri şəhəri olan Bakı əhalisi əsasən türklərdən, ermənilərdən və ruslardan ibarət idi. Zaqafqaziyanın bu hissəsindəki neft səneyesinin yüksək inkişaf səviyyəsilə bağlı olaraq o zaman Bakı çoxsaylı fəhlə sinfi olan sənayeləşdirilmiş şəhər idi. Odur ki, rus inqilabının təsiri Zaqafqaziya regionunun digər hissələrindən fərqli olaraq Bakıda özünü daha geniş biruzə verdi. Şəhər Bakı Kommunası adlandırılan inqilabi hökümət tərə­findən idarə olunurdu. Burada hakimiyyət əsasən daşnakların və bolşeviklərin əlində cəmləşmişdi.

 

 

Ermənilər və bol­şeviklər hiss edirdilər ki, müsəlman siyasi partiyası ilə təmsil olunan türklər inqilabdan çox Osmanh imperiyasından olan öz din qardaşlarına loyal münasibət bəsləyirlər. Küçə­lərdə bir-birinə qarşı ədavət hissi bəsləyən ermənilər və türklər arasında döyüşlər başladı. Bolşeviklər ermənilərə kömək etdiyi üçün türklər asanlıqla məğlub edildilər və nəticədə qırğınlar törədildi (1918-ci il martın 30-dan aprelin 1-dək). Ancaq şəhərin özündə 8.000-dən 12.000-dək müsəlman öldürüldü. Bakının türk sakinlərinin yarısı qaçmağa məcbur oldu. Osmanh ordusunun Qərbi Qafqazın dərinliklərinə hə­ rəkət etməsilə bağlı erməni qüvvələri Bakını tərk etdi və türklər qisas almağa başladı. Sentyabrın 14-dən 15-nə ke­çən gecə 9.000-ə yaxın erməni öldürüldü. Sentyabrın 16-da osmanlılar şəhərə daxil olaraq əmin-amanlığı bərpa etdilər.

 

 

İlk dövrlərdə Azərbaycanın qalan hissələrində Azərbaycan türkləri son dərəcə pis vəziyyəti idi. Müqayisə olunacaq dərəcədə yaxşə silahlanmış erməni qüvvələri türk kəndlə­ rinə basqın edirdi. Onların məqsədi türkləri qaçmağa məcbur etmək, bununla da erməni dövlətinin sərhədlərini genişləndirmək və təhlükəsizliyini təmin etməkdən ibarəd idi. Əvvəl onlar uğur qazanırdılar. Amerika kəşfiyyat mənbə­ lərinin hesablamalırına görə 60.000 türk qaçqın vəziyyətinə düşmüş, 420 müsəlman kəndi ermənilər tərəfindən dağıdılmışdı. İrəvan quberniyasında erməni höküməti türklərə qarşı ənənəvi təmizləmə siyasəti tətbiq etdi. Kütləvi qətllər və kəndlərin dağıdılması sonuncuları öz doğma yerlərini tərk etməyə təhrik edirdi. Konfliktin sonunadək 180.000 müsəlman, yaxud İrəvan quberniyasının müsəlman sakinlərinin üçdə ikisindən çoxu öldürülmüş və ya qaçqına çevrilmişdi. 1920-ci ilədək Azərbaycan türkləri öz dövlətini möhkəmlətdi və müqavimət göstərə bilmək imkanına malik oldu. Buna şimal-şərqi Anadolunun güclənməkdə olan türk millətçiləri kömək etmişdi. Onlar erməniləri İrəvan quberniyasının təxminən əvvəlki sərhədlərində saxlayırdılar. Anadoluda, Qarsda və Bakıda olduğu kimi mülki erməni əhalisi yenə də qaçıb-qurtulmaq məcburiyyətində idi. Onlar Ermənistan Respublikasına üz tutaraq İrəvan türklərinin yerlərini tuturdular. Nəhayət, Zaqafqaziyanın sovetlər tə­ rəfindən işğalı nəticəsində Azərbaycan türkləri və ermənilər arasındakı konfliktə fasilə verildi, 1980-ci illərdə yenidən alovlanması üçün.

 

 

C.Makkarti, K.Makkarti “Türklər və ermənilər” (Bakı, “Səda”, 2011) kitabından

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
MƏDƏNİYYƏT
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2026

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə