Təqvim
Koronavirus olan mühitdə yaşamaq məcburiyyətindəyik. Nə etməli? Hümbət Həsənoğlu məsləhətlər
15 dekabr 2020 - 16:32

Artıq bəllidir ki, yaxın illər
COVİD-19 yox olmayacaq və biz onun varlığını qəbul edib yeni reallıqda yaşamağa çalışmalıyıq. Hər halda etibarlı vaksin və etibarlı dərman çıxana qədər belə olacaq.
Dövlət öz üzərinə düşənləri edir.


Hər kəs də özü üçün yeni yaşayış alqoritmi qurmalıdır.
İlk olaraq hər kəs qəbul etməlidir ki, görülən tədbirlərə baxmayaraq, onun xəstələnmək riski artır və sonda o da çox böyük ehtimalla xəstələnəcək. İmmunitet qazanıb bir müddət güvənli yaşamağın yolu hələlik xəstələnməkdən keçir.
Deməli hər birimiz gözəgörünməz virusla qarşılaşmağa həm psixoloji, həm də fizioloji cəhətdən hazır olmalıyıq.
Bu o deməkdir ki, bədənimizi olacaq görüşə hazırlamalıyıq.


Müsbət hal odur ki, artıq virus haqda çox bilgilərimiz var. Ən vacibi odur ki, virus sağlam orqanizmə heç nə edə bilmir. Deməli, biz bədənimizi sağlaşdırmalıyıq.
İlk növbədə orqanizmdə olan xronik xəstəlikləri sakitləşdirməliyik. Ağ ciyərdə, ürək- qan damar sistemində, böyrəklərdə, mədəaltı vəzdə( diabet), qara ciyərdə və digər orqanlarda xəstəlikləri olan insanlar öz həkimlərinin nəzarəti altında bunları stabilləşdirməlidirlər.


Sağlam həyat tərzi günün tələbidir.
Pis vərdişlərdən: siqaret, içki və s. mütləq uzaq durmaq lazımdır.
Virusa qarşı gözəl mübarizə vasitəsi olan immunitetimizi gücləndirməliyik. Bunun yolları hamıya bəllidir.
Gigiyenik prosedurlara əməl etməliyik.


Xəstələnməyimizə psixoloji olaraq hazır olmalıyıq. . Koronavirus diaqnozu qoyurlarsa, buna mümkün qədər sakit yanaşmalıyıq, və bu faktı faciə kimi qəbul etməməliyik. Özümüzü adi qrip tutmuş kimi aparmalıyıq. Həyatımız dövründə dəfələrlə qrip keçirdib sağalmışıq! Bundan da elə sağalacağımıza əmin olmalıyıq!
İmmunitetin ən qatı düşməni panikadır. Panikaya düşməməliyik, xüsusən ailə üzvləri bir- birinə təsəlli və ürək- dirək verə bilməlidirlər. Bilin ki, bu gün evlərdə minlərlə insan virusa qarşı uğurla müalicə alır.


Sosial şəbəkələrdə məlum səbəblərdən neqativ xəbərlərin, şikayətlərin sayı kəskin artıb. Hamı mənfi enerjisini tökməyə yer axtarır və təəssüf ki, çoxları sosial şəbəkələri bunun üçün ən məqbul yer sayır. Müsbət informasiyaların və pozitiv fikirlərin bölüşdürülməsinə böyük ehtiyac var. Bu həm immunitetimiz, həm də psixoloji əhvalımız üçün çox vacibdir.
İnanıram ki, hər birimiz virus səngərini uğurla dəf edəcəyik!
Allah köməyimiz olsun!

 

 


Hümbət Həsənoğlu. 

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
MƏDƏNİYYƏT
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2026

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə