Təqvim
Koronavirusdan ev şəraitində müalicə alanlara TÖVSİYƏ
16 dekabr 2020 - 16:17

 

 Səhiyyə Nazirliyi ev şəraitində müalicə alan COVİD-19 virusuna yoluxmuş vətəndaşlara onlarla birlikdə yaşayan yaxınları ilə xüsusi davranış qaydalarına əməl etməyi tövsiyə edib.

Nazirlikdən verilən məlumata görə, ölkədə COVİD-19 virusunun geniş yayılmasının qarşısını almaq məqsədilə Səhiyyə Nazirliyi nəzdində fəaliyyət göstərən işçi qrupunun üzvü Nailə Daşdəmirova verdiyi onlayn müsahibə zamanı koronavirusa yoluxmuş yüngül simptomlu və simptomsuz vətəndaşlara ev şəraitində müalicə alarkən ailə üzvləri ilə davranış üçün tövsiyə olunan qaydalar haqda danışıb.

 

O qeyd edib ki, bu pasiyentlərin öz evlərində sahə həkimin nəzarəti altında müalicə alan zaman, ilk növbədə, ayrıca bir otaqda izolyasiya olunmaqları məsləhət görülür:

“Belə şərait olmadığı halda xəstənin yatağı digərlərdən ən azı 2 metr məsafədə olması məqsədəuyğundur. Nailə Daşdəmirova bildirib ki, xəstə və onunla eyni evdə qalan bütün şəxslər ev daxilində tibbi maska və qoruyucu vasitələrdən istifadə etməklə özləri və ətrafdakıları virusa yoluxmadan qorunmuş olurlar. Tibbi maskanı hər iki saatdan bir dəyişmək tövsiyyə olunur. İşçi qrupu tərəfindən tövsiyə olunur ki, COVİD-19-a yoluxmuş pasiyent yaşayış yerini tərk etmədən, 21 günlük karantinə riayət etməlidir.

 

 

Bununla yanaşı, bu müddət ərzində koronavirusa yoluxmuş xəstə qohum və yaxınların vasitəsilə ərzaq və ya lazımi dərmanları market və aptekdən əldə edə bilər. Bu mümkün olmadığı təqdirdə bütün lazım olan məhsulları onlayn sifariş etmək də mümkündür.

 

Onlayn müsahibədə, həmçinin, yüngül simptomlu və ya simptomsuz xəstələr üçün yeməyin hazırlanması zamanı riayət ediləcək gigiyenik qaydalar haqqında da bəhs olundu. İmuniteti zəif olan və ya xroniki xəstəliyi olan şəxslərə xəstə üçün yemək hazırlamaq və onunla təmasda olmaq məsləhət görülmür. İnfeksiyaya yoluxmuş şəxsin yeməyini otağına daxil olmadan vermək daha təhlükəsiz olar. Və, təbii ki, öz evində müalicə alan pasiyent yeməkdən əvvəl və sonra əllərini sabunla yumalıdır.

 

 

Səhiyyə Nazirliyi nəzdində fəaliyyət göstərən işçi qrupunun üzvü xəstənin şəxsi gigiyena vasitələri və yemək qablarının ayrı saxlanılmalı olduğunu bildirib. İnfeksiyaya yoluxmuş vətəndaş hansısa səbəbdən qaldığı otağı tərk etdiyi təqdirdə onun toxunduğu bütün əşyalar mütləq dezinfeksiya olunmalıdır. Covid-19 viruslu xəstənin yaşadığı ev xlor tərkibli mayələr ilə təmizlənməlidir, xəstənin paltarları isə ayrıca 60 - 90 dərəcədə yuyulmalıdır, otaqlar tez-tez havalandırılmalıdır. Simptomsuz və ya yüngül simptomlu xəstələrə, onlarla eyni evdə yaşayanlara bol vitaminli meyvələr yemək tövsiyyə olunur. Sahə həkimi gündə 2 dəfə COVİD-19 testi pozitiv nəticə vermiş vətəndaşlar və onların ailə üzvləri ilə əlaqə yaradıb, onları nəzarət altında saxlayır. Buna görə də, pasiyent və yaxınlarına həkimin xəbəri olmadan hər hansı tibbi prepartı qəbul edib, özünümüalicə ilə məşğul olmaq tövsiyə olunmur”.

N.Daşdəmirova COVİD-19 viruslu xəstələrə və onlarla birlikdə yaşayan yaxınlarına ev şəraitində aktiv qalmağı, idmanla məşqul olmağı, stresdən uzaq qalaraq, pozitivliyə köklənməyi məsləhət görüb.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
MƏDƏNİYYƏT
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2026

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə