Təqvim
Yaşıl mərci: sevimli qida və müalicə vasitəsi.
08 yanvar 2021 - 13:35

Yaşıl mərci lap qədim zamanlardan qida rasionuna daxil olan bitkidir. Qədim Misirdə fironların, Yunanıstan və Babilistanda imperatorların sevimli yeməklərindən biri də mərci idi. Orta əsrlərdə Rusiyada əsas qida növü olan mərci unundan hətta çörək də bişirilirdi. Almaniya, Çin, Hindistan, Cənubi Amerika və Avstraliyada mərci indi də ən sevimli qida hesab edilir.


Tibbi mənbələr xəbər verir ki, yaşıl mərci antik dövrlərdən bəri dərman bitkisi kimi də məşhurdur. Qədim loğmanlar deyərmişlər ki, qidası mərcimək olanlar ruhi tarazlıq əldə edirlər. Daha sonralar isə Avropa təbibləri mərcini bir sıra xəstəliklərin şəfası olan dərmanların sırasına daxil ediblər.


Onun ən çox məlum olan növləri qırmızı, sarı və yaşıl mərcidir. Mərcinin yaşıl rəngli növü təkcə zülalla deyil, həm də nişasta ilə zəngindir. Belə ki, onun tərkibində 30 faizə qədər zülal, 60 faizə qədər nişasta var. Mərcinin tərkibində ətlə müqayisə ediləcək qədər zülal var. Cücərmiş yaşıl mərci yarması təbii dəmir mənbəyi kimi qanda hemoqlobinin miqdarını artırır. C vitamini ilə zəngin olduğuna görə mərcimək qrip əleyhinə vasitə kimi də istifadə olunur. Tərkibində kaliumun çoxluğu onu ateroskleroz və ürək ritminin pozulması zamanı faydalı edir. Mərcinin cücərtilərindən istifadə etmək anemiyanın müxtəlif formaları və qanitirmədə müsbət nəticələr verir.


Yaşıl mərci maddələr mübadiləsini normallaşdırır və sinir sisteminin tam fəaliyyətini təmin edir, həzmi yaxşılaşdırır, ekzema və mədə xorasını müalicə edir. Onun tərkibində kobud sellüloza çox olduğuna görə xroniki enterit, kolit və pankreatitli xəstələrin xörəklərində istifadə etmək məsləhət görülür.


Mərci müqaviməti artırır, immuniteti möhkəmləndirir, qanda xolesterinin miqdarını azaldır, ürək və beyin damarlarını xolesterol çöküntüsündən təmizləyir, qanda şəkərin səviyyəsini azaldır, böyrək daşlarını əridir, qaraciyər hüceyrələrini və qanı zərərli maddələrdən təmizləyir, sümükləri və sinirləri möhkəmləndirir, əzələ ağrılarını aradan qaldırır. AZƏRTA

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
MƏDƏNİYYƏT
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2026

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə