Təqvim
Laçının laçın oğlu, "Sumqayıt uşağı" Bəhruz Əzizov - Rəhman ORXAN yazır
12 yanvar 2021 - 15:35

Üç döyüş medalına layiq görülən

 "könüllümüz"

Laçının Laçın oğlu," Sumqayıt uşağı"

Bəhruz Əzizov

O döyüş dostları ilə birgə Laçında "at oynadır"

Hələ özlərinin ilk özəl iaşə obyektlərini-"Veteran" çay evinidə yaradıblar

Valideynləri Laçından olsa da, Bəhruz (əsl adı Pərvizdir, ancaq hamı onu Bəhruz kimi tanıyır) Sumqayıtda dünyaya gəlib – 3 aprel 1993-cü ildə, Laçının işğalından 11 ay sonra. Laçın haqqında, onun əlçatmaz dağları, geniş düzləri, sıx meşələri, gur və saf sulu çayları haqqında ancaq atasından eşidib, o yerləri yalnız şəkillərdə, köhnə videolarda görüb. Vətən müharibəsi başlayanda qeyrətli bir oğul kimi evdən xəbərsiz könüllü olaraq Milli Orduya yazılıb. Rəsmi çağırışı gözləməyə səbri çatmayıb, hər gün hərbi komissarlığın yolunu “döyənək” eləyib və artıq oktyabrın 1-də istəyinə nail olaraq, bununla həm də evdəkiləri təəccübdə, heyrətdə qoyaraq, cəbhəyə yollanıb. Bircə bunu deyib: ”Ata, gedirəm sənin, babalarımızın yurdunu düşməndən azad etməyə!”. Bunun müqabilində atası Zöhrabın qürurla oğluna baxıb, ona uğur, qələbə diləməkdən başqa çarəsi ola bilərdimi?
Boylu-buxunlu, cüssəli, cəsur oğlan olan Bəhruz artıq neçə vaxtdır atasına verdiyi sözə əməl edib. Döyüş dostları ilə birgə cəbhə boyu Cəbrayılda, Qubadlıda düşmənə qan udduraraq, daha da irəliyə gedib, Laçına ilk yetişən igidlərimizdən olub (rəsmi xəbərdən də neçə gün əvvəl!). Və böyüyüb, boya-başa çatdığı Sumqayıta, atasına şad xəbər də göndərib: “Ata, sənin doğma yurdunda - Laçındayıq, sənin Vəlibəyli kəndindəyik. Ermənilərdən gəbərtdiklərimizi gəbərtdik, qalanları da tülkü kimi qaçıb getdilər. Allah qoysa, tezliklə bütün laçınlılar öz dədə-baba ocaqlarına dönə biləcəklər. Bir də o murdar düşmənin ayağı bu yerlərə dəyməyəcək! Qoymarıq!”
Bəhruzun Laçın dağlarında əldə silah at oynatması, özünün və döyüş yoldaşlarının igid, vüqarlı görkəmləri də göstərir ki, Vətənin bu cəsur övladları Laçına, bütün Qarabağa bir daha düşmən ayağının dəyməsinə heç vaxt yol verməyəcəklər.
...Bəhruz Vətən müharibəsinə qədər Azərbaycan əsgəri kimi çox çətin relyefli, havası sərt, qarlı-sazaqlı olan Murov dağında ciddi sınaqlardan keçib. Onun ilk olaraq Goranboyun Ağcakənd, Ballıqaya ərazilərindən başlanan əsgər həyatı sonralar qarlı-şaxtalı Murov zirvələrində davam edib.
Bəhruz hələ uşaqlıqdan – ağlı kəsəndən elə o arzuda-istəkdə olub ki, ordumuzun sıralarında vuruşaraq, azğın düşməni döyüş dostları ilə birgə doğma torpaqlarımızdan qovaraq, müqəddəs sandığı Qarabağı, üzünü görmədiyi, bəlkə atasından da çox daim həsrətində olduğu dədə-baba yurdu Laçını azad etsin. Həmişə bu istəklə yaşayıb. Fikirləşib ki, əgər Azərbaycanın əfsanəvi sərkərdəsi Şah İsmayıl Xətai hələ 14 yaşından ağır, qanlı döyüşlər apararaq, böyük Azərbaycan naminə möhtəşəm qələbələr qazana bilibsə, niyə o özü və yaşıdları 18-19 yaşında düşmənə qan uddura bilməsinlər? Ona görə də hərbi sirrlərə, hərb qaydalara mükəmməl yiyələnmək üçün əsgərlik dövründə komandirlərin keçdikləri təlimlərdə həvəslə iştirak edib, fəallıq göstərib. Neçə il əvvəl hərbi komandanlıqdan aldığı təşəkkürnamələr də bunu təsdiq edir.
Elə o zaman Murovdağda düşmənlə üz-üzə dayanıb hərbi xidmətini davam etdirərkən əsgər yoldaşları kimi o da hər gün Ali Baş komandanın “hücum!” əmrini gözləyib. Çünki elə o vaxtlar hiss etmişdi ki, üz-üzə dayandıqları erməni dığaları mənfur olduqları qədər də qorxaqdırlar, Milli Ordumuzun qurd ürəkli oğullarının kiçik bir harayı, həmləsi qarşısında davam gətirməyib, qaçmağa üz tutacaqlar.
Ataları Zöhrab kişinin doğma Laçınla bağlı söhbətlərinin, həsrət dolu kövrək xatirələrinin nəticəsidir ki, Bəhruzun kiçik qardaşı Məhəmmədəli də əsl dağlar oğlu kimi hərbi xidmətini məhz Murovdağda keçib. Hətta cəsur bir əsgər kimi 2016-cı ilin Aprel döyüşlərində də iştirak edib, komandanlığın təşəkkürünü də alıb. Həmin il əsgəri xidmət dövrü başa çatsa da, yaranmış hərbi vəziyyətə görə o, hələ bir aydan da artıq xidmətini davam etdirməli olub.
Elə Bəhruzu könüllü döyüşə getməyə, Qarabağ uğrunda vuruşmağa, çətin, qanlı-qadalı yollardan keçməyə sövq edən də məhz ailədə hökm sürən vətənpərvərlik, torpağa bağlılıq hissləri olub. Axı, onun babası Lətif Əşrəf oğlu Əzizov da vaxtilə döyüşçü olub - ikinci Dünya müharibəsinin iştirakçısı kimi uzun və ağır döyüş yolu keçib, el-obasına üzüağ, orden-medallarla, 1-ci qrup müharibə əlili kimi qayıdıb. Onun sonralar Laçın dağlarında keçən mənalı həyatı daim doğma yurdu ilə bağlı olub. Lətif kişinin unudulmaz, nurlu xatirəsi bu gün də nəvələr üçün əzizdir, onların yoluna işıq saçır...
Bugünlər Bəhruzun atası Zöhrab Əzizov Qarabağ torpaqlarımızı, doğma yurdu xilas etmək üçün odlardan-alovlardan keçmiş oğlu ilə fəxr edir, böyük qürur duyur! Axı, hansı ata belə oğullarla fəxr etməz, öyünməz, sevinməz kİ?!..
 
 
 
Rəhman ORXAN.
 
 
 
P.S Yazı hazır olduqdan sonra məlum oldu ki, Qarabağ torpaqlarımızın azad edilməsində göstərdiyi igidliklərə görə Pərviz (Bəhruz) Zöhrab oğlu Əzizov Azərbaycan Respublikasının Prezidenti, Ali Baş komandanımız İlham Əliyev tərəfindən 3 medalla - “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” döyüş medallarına layiq görülüb. Təbrik edirik! Var ol, igid əsgər!
 
 
 
 

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
MƏDƏNİYYƏT
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2026

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə