Yeni Azərbaycan Partiyası Masallı Rayon Təşkilatının sədri Seyfəddin Əliyev və rayon Mərkəzi Xəstəxanasının həkimi Məmmədbağır Piriyev Masallı rayonunun Çaxırlı kəndi ərazisindən olan İkinci Qarabağ Vətən müharibəsi iştirakçıları olan qazilər Elvin Emin oğlu Aslanov, Mirəli Cəmil oğlu Gözəlov, Əli Güloğlan oğlu Əhədov və İlyas Xosrov oğlu Əsədovun ailəsinə baş çəkmişlər. Görüş zamanı Yeni Azərbaycan Partiyası Masallı Rayon Təşkilatının sədri Seyfəddin Əliyev və həkim qazilərin problemləri ilə maraqlanılmış və həkim tərəfindən müayinə olunmuşlar. Qazilər və qazilərin ailələri göstərilən diqqət və qayğıya görə öz minnətdarlıqlarını ifadə etmişlər.
Bütün hüquqlar qorunur © 2026