Təqvim
NAMAZDA ANA DİLİ... Nəriman Qasımoğlu
13 dekabr 2020 - 01:42

Əksər insanlarımız, inanclılarımız ərəbcədəki səsləri düzgün tələffüz etmək imkanından təbii olaraq məhrumdur. Bu dilin qaydası belədir, azacıq yanlış tələffüz məna yanlışlığı ilə "mükafatlanır".

Ərəb olmayan müsəlman hər namazında, yaxud bir başqa münasibətlə "Fatihə" oxuyanda "nə`budu" sözündəki "ayn" boğaz samitini "həmzə" hərfi kimi tələffüz edir. Və mənası "ibadət edirik" olan həmin söz "vəhşiləşirik" anlamında səslənir. Yaxud, "İxlas" surəsini oxuyan azərbaycanlıların əksəriyyəti Tanrı mütləq, əbədi, hər ehtiyacdan ucada və s. mənasında "Allahu-s-saməd" ifadəsindəki emfatik "sad" samitini doğru tələffüz edə bilmədiklərinə görə "saməd" dönüb olur "səməd", yəni "gübrə". Tamamilə təbiidir və irad da tutulası deyil, çünki dilimizə yad samitlərdir, azərbaycanlılar bunları ümumilikdə tələffüz edə bilməzlər. Doğru tələffüz üçün gərək xüsusi təlim keçələr...

Bu və başqa surələrdə, eləcə də dualarda qeyri-ərəbin dilə gətirdiyi məna yanlışlıqlarına dair xeyli sayda nümunə göstərə bilərəm. O fikirlə razıyam ki, başlıcası bu məna yanlışlıqları deyil, nəzərdə tutulan niyyətlərin saflığıdır. Ancaq bu fikirlə də razılaşsınlar ki, ifadə olunan niyyətlər ana dilində də saf ola bilər. Və əgər ibadətdə doğrudan-doğruya niyyət saflığı, səmimiyyət əsas götürülürsə, onda ana dili məsələsinə də gərək hər hansı etiraz bildirilməyə. Anlaşılmayan, ərəbcə əcaib mənalar verən təhrifli sözləri gücənərək ucadan, yaxud dodaqaltı pəsdən tələffüz etməkdənsə, yaxşı olmazdımı daha səmimi olasan, doğma dilin aydınlığında nə istədiyini, nə dediyini biləsən. 

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
MƏDƏNİYYƏT
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2026

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə