Təqvim
Dedi-qodunun,kənar müdaxilənin yıxdığı evi heç Allah da yıxmır.
04 yanvar 2021 - 22:58

"Psixoloji" durum, qayınana-qayınata müdaxiləsi boşanmaların sayının artmasında xüsusi “pay”a malikdir”

“Onların müdaxiləsi boşanmaya sadəcə olaraq təkan verir”

“Heç bir tərəf problemin həlli yolunu axtarmır, əksinə, çıxış yolunu boşanmada görür”

Bu il Azərbaycanda 8 mindən çox ailə dağılıb. 2020-ci ilin yanvar-iyul aylarında qeydiyyat şöbәlәri tәrәfindәn 20 611 nikah vә 8 285 boşanma halları qeydә alınıb.

Dövlət Statistika Komitəsindən bildirilib ki, әhalinin hәr 1000 nәfәrinә nikahların sayı 3,5, boşanmaların sayı isә 1,4 olub.

Əvvəlki illərlə müqayisədə ölkəmizə boşanma sayı get-gedə artır. Düzdür, bəzi hallarda boşanma hər iki tərəfin razılığı ilə olan bir qərardır. Bir çox hallarda evdar xanımlar boşanmaq üçün müraciət etmir, bacardığı qədər gördüyü təzyiqlərə sinə gərməyə çalışır. Maddi asılılıq, qadının təhsilsizliyi də bu cür çarəsiz durumda onu sakit mövqedə dayanmağa vadar edir. Buna baxmayaraq boşanan cütlüklərin sayı artmaq üzrədir.

AZpress.AZ məlumat verir ki, bunu “Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi” İctimai Birliyinin sədri Mehriban Abdullayeva “Sherg.az”a açıqlamasında boşanmaya aparan səbəblərin müxtəlif olduğunu bildirib. Birlik sədri qeyd edib ki, bəzən kənar müdaxilələr, psixoloji durum belə addım atmağa səbəb olur:

“Boşanmaların artmasında müxtəlif səbəblərin rolu var. Səbəbləri ümumiləşdirmək mümkün deyil. Psixoloji durum, qayınana-qayınata müdaxiləsi boşanmaların sayının artmasında xüsusi çəkiyə sahibdi. Boşanmaların artmasına səbəb olan əsas problem isə zorakılıq faktlarıdı. Öncələr psixoloji problemlərin, sonra zorakılığın boşanmaya aparan yol olduğunu deyirdik.

Amma son illərdə ailədaxili münaqişələr cinayətlərin sayının artmasında da əhəmiyyətli təsirə malik olub. Vaxtında müəyyən tədbirin görülməməsi nəticəsində boşanmalarla yanaşı cinayət hadisələrinin də çəkisi artıb”.

M.Abdullayeva vurğulayıb ki, kənar müdaxilələr boşanmalar üçün sadəcə olaraq təkan rolunu oynayır.

Ekspert səbəb kimi başqa amilləri də sadalayıb:

“Qayınana-qayınata, baldız və digər yaxın qohumların müdaxilələri qeydə alınır. Amma onların müdaxiləsi boşanmaya sadəcə olaraq təkan verir. Ailədə hər şey qaydasındadırsa, hörmət, sevgi varsa ,belə ailəni dağıtmaq çətin olur. Müəyyən problem yarandıqdan sonra ailələr arasında “müharibə” başlayır. Həm qızın, həm də oğlanın ailəsi müdaxilə edir”.

Birlik sədri qeyd edib ki, ailədaxili problemlər olsa da, heç bir tərəf problemin həlli yolunu axtarmır, əksinə, çıxış yolunu boşanmada görür:

“Ailədə problem var, amma heç kəs onu həll etməyə çalışmır. Ər-arvad aralarında konflikt olduqları üçün münaqişəni həll etmək qabiliyyətində deyillər. Avropa ölkələrində xüsusi ailə psixoloqları var ki, onlar tərəfləri dinlədikdən sonra psixoloji baxımdan yardım edirlər.

Bir tərəfdən ağsaqqallar institutu, digər tərəfdən ailə psixoloqlarının olmaması boşanmaların qarşısının alınmasına səd çəkir.

Beləliklə tərəflər boşanmaq qərarına gəlirlər. Bu səbəbdən də boşanmaların sayı artır. QHT-lərin sayı artırılsa, psixoloqlardan pulsuz yardım alınsa, qanunvericilik bazası möhkəmləndirilsə, nisbətən də olsa rəqəmi aşağı sala bilərik”. 

 

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
MƏDƏNİYYƏT
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2026

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə