Təqvim
Kardioloq Tamilla Əliyeva “Evdə müalicə alan koronavirus xəstələri nəyə diqqət etməlidirlər?” sualını cavablandırıb.
09 yanvar 2021 - 21:54

“Həkim məsləhəti” rubrikasında Mərkəzi Gömrük Hospitalının Poliklinika rəisi, kardioloq Tamilla Əliyeva “Evdə müalicə alan koronavirus xəstələri nəyə diqqət etməlidirlər?” sualını cavablandırıb.

 Koronavirus xəstələrinin sayı günbəgün artdıqca, evdə müalicə alan xəstələrin də sayı çoxalır. Bu xəstəlik hər insanda özünü bir cür göstərir, belə ki, bəzilərində yüngül, simptomsuz, bəzilərində orta və ya ağır keçir. Ona görə də, xəstəliyi yüngül keçirən insanların çoxuna evdə təcrid olunaraq müalicə almaq tövsiyə olunur. Bəs evdə müalicə alan koronavirus xəstələri hansı qaydalara riayət etməlidirlər ki, vəziyyətləri kəskinləşməsin?

 İlk növbədə, koronavirus testi müsbət çıxmış şəxs həkim müayinəsindən sonra evdə müalicə olunacaqsa, həkimin göstərişi ilə təyin edilən dərmanların qəbul edilməsi xəstəyə izah edilir. Ev şəraitində müalicə alan xəstələr sahə həkiminin tövsiyələrinə dəqiq əməl etməlidirlər. COVİD-19 xəstəsi digər ailə üzvlərindən təcrid olunur. Xəstənin hər gün qızdırması ölçülür, vəziyyəti haqqında qeydlər sahə həkiminə çatdırılır.

 Bəzi hallarda evdə müalicə alan xəstələr lazım oldu-olmadı, müxtəlif dərmanlardan, o cümlədən antibiotiklərdən istifadə edirlər. Onlar düşünürlər ki, evdə müalicə zamanı özünümüalicə ilə məşğul olmalıdırlar. Həkim təyin etmədən hər hansı dərmanın qəbul edilməsi yolverilməzdir. Bəzən bu yanlış müalicə ağır fəsadlara səbəb olur. Ona görə də, mütləq həkim nəzarətində müalicə almaq vacib şərtlərdən biridir.

 Bir həkim kimi evdə müalicə olunan xəstələrə qidalanma barədə də tövsiyələrimi vermək istərdim. Qızardılmış, duzlu yeməklərdən uzaq olmaq, çoxlu maye, mürəbbəli, limonlu çaylar, duru xörəklər qəbul etmək və tərkibində çoxlu vitaminlər olan meyvə və tərəvəzlərdən istifadə etmək lazımdır.

 Otağın havasını tez-tez dəyişin, təmiz hava ilə nəfəs alın. Nəfəs darlığı hiss etdikdə mütləq sahə həkiminizə deyin. Ən başlıcası isə, evdən çıxmayın ki, ətrafda olan daha çox insanı yoluxdurmayasınız. İnsanlar bu xəstəliyi müxtəlif cür keçirirlər. Buna görə həkim tərəfindən təyin edilmiş müalicəni dəqiqliklə edilməsi olduqca vacibdir.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
MƏDƏNİYYƏT
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2026

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə