Təqvim
Kələmin faydaları...
18 dekabr 2020 - 14:50

Kələm cinsinin dünyada 50 növü vardır ki, bunlardan 15-i becərilən bitkilərdir. Azərbaycanda kələmin 5 yabanı və 3 becərilən növü vardır. Kələmin ən geniş yayılanı cox istifadə olunanı Bostan kələmi- brasika olearacea L.

Fəsiləsi xaççiçəklilərə aiddir. 60-120 sm hündürluyundə ikiillik ot bitkisidir. Həyatının birinci ilində kök yarpaqlıların rozeti, ikinci ilində isə dik dayanan, silindır şəkilli və yarpaqlı gövdə əmələ gətitrir. Gövdəsinin aşağısındakı yarpaqları lirə şəkilli və saplaqlı, yuxarısındakı yarpaqlar isə gövdəni buruyur. May və iyunda çiçəkləyir. Kələmin vətəni Aralıq dənizi sahili ölkələri, Yaponiya və Çin hesab olunur. MDB və Azərbaycanın butun bölgələrində bu bitki becərilir.

Yarpaqlarının tərkibində 1,7% azotlu maddələr, şəkərlər, piyli yağlar, B1,B2,B3, B6, C,P,K,E,PP və U vitaminləri, Fol turşusu, zülallar, fitonsidlər, K, Na, Ca, Mg, Fe, Mn, P və digər mineral maddələr, fermentlər, 16 amin turşusu aşkar edilmişdir.

Təzə və turşuya qoyulmuş kələm iştah artırıcı, mədənin sekretor fəaliyətini gücləndirici, bağırsağın fəaliyətini tənzimləyici vasitıə kimi istifadə olunur.

Təzə kələm şirəsi ilə balın qarışığı yuxarı tənəffus yollarının katarının müalicəsində istifadə edilir və onun sayəsində bəlğəmtəmizləyici effekt əldə edilir. Kələm yüngül işlədici təsirli vasitə kimi, şirəsi sarılıqda, dalaq xəstəliklərin müalicəsində istifadə olunur. Irinli yaraların, xoraların, əziklərin, yanıqların üzərinə xırda doğranmış kələm yarpaqları qoyduqda onların sağalması xeyli sürətlənir. Təzə şirəsi mədə və12 barmaq bağırsaq xoralarında, qastridə, qaraciyər, öddaşı, podaqra, ateroskleroz və digər xəstəliklərdə istifadə olunur.

Kələmin tərkibindəki U vitamini mədə və 12 barmaq bağırsağ xorasının tez çapıqlaçmasına gətirib çıxardır. Kələm aterosklerozda, piylənmədə əvəzedilməz pəhriz qidasıdır. O, qanda xolesterinin miqdarını azaldır. Maddələr mübadiləsini, o cümlədən lipid mübadiləsini normallaşdırır. Kələm şirəsini almaq üçün kələmin yarpaqları doğranılır, sıxılır və şirəsi süzülür. Alınan şirədən gündə 3-4 dəfə, hər dəfə 1-1.5 stəkan yeməkdən 40-50 dəqiqə əvvəl qəbul edilir. Müalicə müddəti 30 gündür.

modern.az

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
MƏDƏNİYYƏT
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2026

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə