Təqvim
COĞRAFI ADLAR XÜSUSİ YANAŞMA TƏLƏB EDİR.
23 dekabr 2020 - 14:14

AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun aparıcı elmi işçisi, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Rəşid Fətəliyevin “azpolitiko.info” saytında “Saqi dolana-dolana”... – Bir toponimin dəyişdirilməsinə münasibət” adlı məqaləsi dərc olunub.

AR Milli Məclisinin bu günlərdə Şamaxı rayondakı Saqiyan kəndi adının Günəşli adı ilə əvəz olunması haqqındakı qərarına münasibət bildirən müəllif yazir ki, tariximizin bir parçası və gələcəyə ötürülən informasiya kodları olan toponimlər bizim milli-mənəvi sərvətimiz, ünvanımızdır və ciddi ehtiyac olmadan onları tələm-tələsik dəyişdirməklə tariximizə, keçmişimizə sağalmaz yaralar vurmuş oluruq. Tarixi adları yeni adlarla əvəz etmək onun tarixi kökünü kəsib atmaq deməkdir. Yaşayış məskəninə ad verərkən ərazinin coğrafi şərati, yəni relyefi, landşaft və iqlim xüsusiyyətləri nəzərə alınmalıdır. Ona görə də bu məsələdə əsas söz sahibləri müttəxəssislər – toponimistlər, dilçilər, tarixçilər, coğrafiyaçılar, etnoqraflar olmalıdır.

Uzun illər toponimika ilə məşğul olan alim Saqiyan kənd adının 2 kökdən – “saqi” və “yan” sözlərindən ibarət olduğunu və “yan” şəkilçisinə görə onu erməniləşdirilmiş toponim kimi qələmə verərək arxivə göndərməyin səhv addım olduğunu diqqətə çatdırır və qeyd edir ki, əgər bu məntiqlə yanaşsaq, Azərbaycanın digər oxşar - Salyan, Türyan (çay), üç rayonda (Qubadlı, Tərtər, Ucar) Qazyan, Laçında Səfyan, Şərurda Püsyan, Kürdəmirdə Şilyan, İsmayıllıda Cülyan kimi adlarına da yenidən baxılmalıdır.

Sonda müəllif Azərbaycan xalqının milli, mənəvi sərvəti sayılan hər bir toponimin, coğrafi adın qorunub saxlanılmasının və gələcək nəsillərə çatdırılmasının hamımızın borcu olduğunu oxucuların diqqətinə çatdırır.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
MƏDƏNİYYƏT
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2026

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə