Təqvim
73 dövlət əmlakı özəlləşdirilir
15 oktyabr 2018 - 16:54

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərraclardan biri 13 noyabr tarixində reallaşacaq.

Komitədən Bİ.az-a verilən məlumata görə, bu dəfə prosesə ümumilikdə 73 dövlət əmlakı çıxarılıb. Bunlardan 26-sı kiçik dövlət müəssisə və obyekti, 14-ü qeyri-yaşayış sahəsi, 20-si səhmdar cəmiyyəti, 10-u nəqliyyat vasitəsi, 3-ü isə yarimçıq tikilidir.

Bu dəfə hərraca çıxarılan kiçik dövlət müəssisə və obyektlərinin ümumi faydalı sahəsi 29,7 kv.m ilə 9297,4 kv.m aralığındadır. Biznesini təmir-tikinti sahəsi üzrə qurmaq istəyənlər üçün Lənkəran Mexaniki Təmir Zavodu uğurlu seçim ola bilər. Geniş torpaq ərazisi ilə birgə özəlləşməyə çıxarılan bu dövlət əmlakının ümumi faydalı sahəsi 3954,1 kv.m-dir. 10 saylı təsərrüfatlararası təmir səyyar mexaniki dəstə isə Tovuz rayonu, Dönük Qırıqlı kəndində yerləşir. Bu dövlət əmlakının isə ümumi faydalı sahəsi 1009,9 kv.m-dir.

Özəlləşdiriləcək qeyri-yaşayış sahələrinin 10-u paytaxtda, digərləri isə Gəncə, Samux və Sabirabadda yerləşir. Hər bir investorun büdcəsinə uyğun ola biləcək qeyri-yaşayış sahələrinin ümumi faydalı sahəsi 10 kv.m-dən 190,1 kv.m-ə qədərdir. Xidmət obyekti kimi istifadəyə imkan verən bu dövlət əmlakları qiymət baxımından da müxtəlifdir. Bakı şəhəri üzrə hərraca çıxarılan qeyri-yaşayış sahələrindən biri Səbail rayonu, Z.Əliyeva küçəsində yerləşir. Bu obyektin ümumi faydalı sahəsi 14.7 kv.m-dir.

Hərraca müxtəlif rayonlardakı səhmdar cəmiyyətlərinin 30-45%-lik səhm paketləri də çıxarılıb. Şirkətlər nəqliyyat, təmir-tikinti, sənaye və digər sahələr üzrə fəaliyyət göstərir. Bunlara misal olaraq Şamaxı Dəmir Beton, Kürdəmir Kəndkimya Təchizat, Sabirabad İnşaat Sənaye kimi dövlət əmlaklarını göstərə bilərik.

Nəqliyyat vasitələrinə gəldikdə isə özəlləşdiriləcək avtomobillərin buraxılış tarixləri 1992-2008 illəri əhatə edir. Qeyd edək ki, bu kateqoriyadan olan münasib qiymətli dövlət əmlakları "Hyundai", "Ford", "Qaz" və "Vaz" markalarına aiddir.

Sosial şəbəkələrdə paylaş:
Müəllif:
Kateqoriya:
İnşaat və əmlak
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2026

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə