Təqvim
Ən sürətli, ucuz və asan pəhriz – bunu bilirdinizmi?
14 dekabr 2020 - 12:12

Pəhriz siyahısına biri də əlavə olunub – kartof pəhrizi. Kartof pəhrizi 3 gündə 5 kilo arıqladır, lakin sağlamlığınızı da göz önünə almalısınız.

Bu baxımdan əvvəlcə sağlam qidalanmadan bəhs etmək istəyirik. Sağlam qidalanma ilk növbədə balanslı qidalanma deməkdir. Balanslı qidalanma isə qida qruplarından bədənin ehtiyacı olan qədərini kifayət qədər qəbul etməkdir. Daha dəqiq desək, yediyimiz hər yeməyin olduğu bir qida qrupu varı və bədənin də bu yeməklərin olduğu 5 əsas qida qrupuna ehtiyacı var.

Bu qida qruplarındakı yeməklərin tərkibinə karbohidrat, zülal, mineral, vitamin və liflər daxildir. Balanslı qidalanma da burada ortaya çıxaraq bütün bu vitamin, mineral və liflərin hamısından kifayət qədər yemək deməkdir.

5 əsas qida qrupu:

* Süd və süd məhsulları

* Ət qrupu

* Tərəvəz və meyvələr

* Taxıl qrupu

* Yağ və şəkər qrupu

İndi isə keçək kartof pəhrizi və onun təhlükəli olmasının səbəblərinə. Yuxarıda da qeyd etdiyimiz kimi, qidaların qruplaşdırılmasına səbəb ehtiva etdikləri karbohidrat, zülal, mineral, vitamin və liflərdir. Bütün bunlardan kifayət qədər qəbul etmədikdə və ya birinə digərindən daha çox üstünlük verdikdə sağlamlıq təhlükə altına düşür. Kartof pəhrizində isə karbohidrat ağırlığı çoxdur. Bu səbəbdən də yalnız kartofla sağlam qidalanma təmin etmək olmaz.

Kartof pəhrizi

Bu pəhrizdə qaynadılmış kartofdan istifadə edilir. Həftəlik pəhriz siyahısı aşağıdakı kimidir.

1-ci gün

– Səhər yeməyi: Qaynadılmış kartof və 4 qaşıq qatıq

– Günorta yeməyi: Qaynadılmış kartof və 4 qaşıq qatıq

– Axşam yeməyi: 8 qaşıq qatıq

2-ci gün

– Səhər yeməyi: 4 qaşıq qatıq

– Günorta yeməyi: Qaynadılmış kartof və 3 qaşıq qatıq

– Axşam yeməyi: 8 qaşıq qatıq, qaynadılmış kartof

3-cü gün

– Səhər yeməyi: Qaynadılmış kartof

– Günorta yeməyi: Qaynadılmış kartof və 3 qaşıq qatıq

– Axşam yeməyi: 4 qaşıq qatıq

Bu pəhrizi etməzdən əvvəl mütləq mütəxəssislə məsləhətləşin. Elə isə, sağlam və qalıcı necə arıqlamaq olar?

* Pəhriz, sizə və sizin sağlamlığınıza zərər verən qidalanma vərdişlərindən xilas olmaq deməkdir və həyatınızın hər dövründə uyğunlaşa biləcəyiniz bir nizam olmalıdır.

* Su içməyə əsla laqeyd yanaşmayın.

* Pəhrizə boşqabınızdakı yemək payını kiçildərək başlaya bilərsiniz.

* Duzu və şəkəri həyatınızdan çıxarın. Yağı isə məhdudlaşdırın.

* Xüsusilə də evdə mayalanmış qatıq yeməyə üstünlük verin.

* İdmanı həyatınıza daxil edin.

* Səhər yeməyi və ara paylara biganə yanaşmayın.

* Süfrəyə əsla çox ac oturub çox tox durmayın.

* Bitki çayları ilə bədəndə olan şişləri aradan qaldıra bilərsiniz.

 

Lent.az 

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
MƏDƏNİYYƏT
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2026

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə