Təqvim
Gülağa Tənha Qış gəldi
22 dekabr 2020 - 12:34

Xeyriyyəçi-şair Gülağa Tənhanın həyat və yaradıcılığını silsilə olaraq təqdim etməyə davam edirik. Bu dəfə Şairin könlünüzü xoş edəcək və bir qədər də düşündürəcək şeirlərini ixtiyarınıza veririk. Nəzərinizə çatdırırıq ki, yayımlanan şeirlər Gülağa Tənhanın on cildlik kitabının II cildində yer alır. Video link bölməsində isə şairin sözlərinə bəstələnmiş “Bu gecə” mahnısını diləyə bilərsiniz. Məhz bu klipi təqdim etməyimiz təsadüfi deyil,  klip, təbiət möcüzələrindən hesab edilən, qış vaxtı, Şimal Qütbünün görüntüləri üzərində hazırlanmışdır... Xatırladaq ki, artıq dünəndən  21 dekabr saat 14:02 – dən qış fəsili ölkəmizə daxil oldu...
GƏL
 

Sevgi ömrün tacıdı,
Ayrılıq gələndə gəl.
Ömür sevgi acıdı,
Ümidim öləndə gəl.
Sınmadım sınağında,
Köz oldum yanağında...
Ömrün qürub çağında,
Əcəlim güləndə gəl.
Gəzmə çəməni, düzü,
Sənsən dilimin sözü.
Sinəmdə yanar közü
küləklər siləndə gəl.
Öz hökmü var hər anın,
Üzü bozdu gümanın…
Gözəlim, sən Tənhanın
qədrini biləndə gəl!..
Moskva, 1998
 
 
***
 
 

QIYMA SEVİNCİMƏ,
QIYMA, ALLAHIM
 

Gecələr yuxuma köz ələnmədə –
Qıyma sevincimə, qıyma, Allahım!
Ömrüm aya-ilə çözələnmədə –
Qıyma sevincimə, qıyma, Allahım!
Həsrətin özü də candı, nəfəsdi,
Həsrətsiz bir ömür puçdu, əbəsdi.
Bağrıma basmışam, ölüncə bəsdi –
Qıyma sevincimə, qıyma, Allahım!
Sevinc yaşamışam qüssədən əzəl,
Odumu söndürmə ölümdən əzəl.
Nə var bu dünyada həsrətdən gözəl?–
Qıyma sevincimə, qıyma, Allahım!
Bakı, 30 aprel, 2006
 
 
***
 
 
 
SƏNİN GÜLÜŞÜN
 

Ömrümün kədərli, qəmli çağında,
Güldün, gülüşünlə könlümə axdın.
Gözəl, möcüzəli təbəssümünlə
Məni itirdiyin dünyaya baxdın.
Narahat ürəyim gizildəmədə,
Deyəsən, yollarda qar havası var.
Göylər yar çağırır, yerlər yar deyir;
Dünyanın canında yar havası var.
Aylarım, illərim sənə bağlıdı,
Ayımın, ilimin adı sən oldun.
Tanrı verən ömrü özüm daşıdım,
Bu ömrün sönməyən odu sən oldun.
 
Dilin dinməyəndə, danışır gözün,
Həsrət gözlərimə səadətimsən.
Məni mən eləyən özünsən, özün,
Mənim dözümümsən, mətanətimsən.
Sənin gözlərinlə dünyaya baxıb,
İncə gülüşünlə yaşayıram mən.
Sinəmdə sevginlə alışıb yanan
Sevdalı bir ürək daşıyıram mən!..
3 oktyabr, 2005
 
 
***
 
 

GEDİRSƏN, ARXANCA
GÖZÜM YAŞ TÖKÜR…
 

Gedirsən, ömrümün cığırlarında,
Sənli günlərimin közü qalıbdı.
Əlində əlimin odu-atəşi,
Üzündə gözümün izi qalıbdı.
Ömrünü-gününü ünvan elədin,
Niyə inadınla yad daşı üçün?!
Sabit eksponat olub xatirən
Gülağa Tənhanın yaddaşı üçün.
Gedirsən, a zalım, tənhalaşıram,
Titrəyir ocağım, qaralır közüm.
Kövrək xatirənlə pıçıldaşıram,
Gedirsən, arxanca yaş tökür gözüm…
Getdin…
Xatirələr burulğanında,
Sən özün özünü itirəcəksən.
Tənhadan ayrıldın…
Ömür tağında
Acı bir tənhalıq bitirəcəksən...
Moskva, 1999
 
 
***
 
 

XƏBƏRSİZ
 

Fələklər dözməzdi çəkdiyim aha,
Geriyə dönmədin, batdın günaha.
Qar yağır sinəmə çəkdiyin dağa,
Dumandan xəbərsiz, çəndən xəbərsiz.
Vüsalsız məhəbbət durubdu qəsdə,
Canımdan can alır hər gələn səs də.
İl keçir, hardasan, ay boyu bəstə,
Səni yaşadıram səndən xəbərsiz…
Əzəldən müştağam, gözəl, gözlərə,
Bunca vurulmurdum əzəl gözlərə.
Canım sadağadı gözəl gözlərə,
Saçıma ələnən dəndən xəbərsiz.
Sevgi peyğəmbəri, eşq bəndəsiyəm,
Fərhad naləsiyəm, Kərəm səsiyəm.
Tənhayam, ayrılıq zümzüməsiyəm,
Obadan xəbərsiz, eldən xəbərsiz.
Harayım qayadan, ya daşdan gələr,
Həsrətlə sonuncu savaşdan gələr…
Çağırsan Gülağa obaşdan gələr,
Dağları isidən Gündən xəbərsiz.
Bu necə qədərdi?
Tanrı yazıbdı?–
Ayrı bir ölçüdə ayrı yazıbdı?..
Tənha öz özünə məzar qazıbdı,
Fatihə veriblər…Səndən xəbərsiz…
İspaniya, aprel, 2006
 
 
***
 
 

HƏLƏ VAXTA VAR
 

Yatmaq istəyirəm,
yata bilmirəm,
Arzu-istəyimə çata bilmirəm.
Bir gözəl seçmişəm,
göylər ülkəri,
Qovuşa bilmirəm, çata bilmirəm.
Vuruldum mən onun mələk üzünə,
Zərif gülüşünə, qara gözünə.
Necə yaşayaram bilmirəm onsuz,
Nə deyim sevginin yanar közünə.
Həyatım bağlıdır ona, bilirmi,
O da mənim kimi yana bilirmi?
Şamaxı gözəli, Mərəzəli qız
Ömür çata bilər sona, bilirmi?
Həyatın bu çətin, ağır günündə,
Olanlar canlanır gözüm önündə.
Ömrümü lazaret alıb qoynuna,
Qalmışam kədərin, qəmin əlində.
Kaş sevə biləydi məni ürəkdən,
Sevsə saçlarıma düşərdimi dən?
Bəxt üzə gülərmi illər ötsə də,
Ömür barınmasa arzu-diləkdən.
Sevgim taleyimə verib zilləti,
Necə ovundurum mən bu möhnəti?
Mən ki, haqq yolundan uzaq deyiləm,
Mənə çoxmu görür o, səadəti?
Yaman sənsizləşib düşmüşəm dilə,
Yuxu da yaşanan ömürdü elə.
Gülağa, ömür də ocaqdı,
bəzən
Fələk bu ocağı sovurur yelə…
Dekabr, 1995, hospital
 
 
***
 
 
 
XATIRLATDI
 

Nə olsun ki, gözəllərin
Yüzü səni xatırlatdı.
Baxdı, güldü, ötüb keçdi,
İzi səni xatırlatdı.
Güldü, tel oynadı, gülüm,
Al qanım qaynadı, gülüm.
Elə bil aynaydı, gülüm,
Üzü səni xatırlatdı.
Boylandım, dönmədim geri,
Uddum bu qəmi, qəhəri.
Gördüm ki, kövrəlib biri,
Gözü səni xatırlatdı.
20 may, 2000
 

 

 

 


 Gülağa #Tənha #Gulaga #Tenha #Qəmbərov #Qemberov #Qəmbərov #Qemberov #гюльага #гамбаров #ганбаров #Тенха #şair #iş #adam #xeyriyyəçi #xeyriyyeci #mahnı #müsabiqə #şeir #sheir #maxni #mahni #Qəmbərov #Qemberov #təqdimat #alim #qonaq #şeir #səs #soz #söz #sənətkar #senetkar #xalq #vətən #veten #can #Azərbaycan #yurd #el #oba #anons  
 
 

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
MƏDƏNİYYƏT
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2026

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə