Təqvim
Qida Təhlükəsizliyi Agentliyinin həkimləri həbs olundu
15 oktyabr 2018 - 12:19

Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi ilə birgə xidmət qaydalarının pozulması hallarının qarşısının alınması məqsədi ilə müxtəlif ünvanlarda yerləşən emal sahələrinə baxış keçirilib.

Bİ.az xəbər verir ki, Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi 73 və 73a saylı ünvanlarda yerləşən satış məntəqələrində ayrı-ayrı şəxslər tərəfindən mənşəyi məlum olmayan, habelə gigiyenik və sanitar normaların tələblərinə uyğun olmayan ümumi dəyəri 16 min manat olan ümumi çəkisi 2449 kq 23 baş iribuynuzlu (inək) və ümumi çəkisi 42 kq 2 baş xırdabuynuzlu (qoyun) heyvan cəmdəkləri aşkar edilməklə məhsulların satışı dayandırılıb və müvafiq laborator müayinələrin aparılıb rəylər alınması üçün nümunələr götürülüb.

Agentliyin müvafiq laboratoriyasında aparılan sınaqlar nəticəsində ətlərin kəskin qoxulu, köhnə olmaqla ağır xəstə və ya tələf olduqdan sonra kəsilmiş istehlaka yararsız heyvanlara məxsus olduğu aşkar edilib.

Toplanmış materiallar əsasında fakta görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Aparılmış istintaqla Agentliyin 5 saylı qida nəzarət məntəqəsinin həkimi Xaspolad Mirimovun Əlican Quliyevlə birgə insanların həyatı və sağlamlığı üçün təhlükə törədən, mənşəyi məlum olmayan, gigiyenik və sanitar normaların tələblərə uyğun olmayan, xeyli miqdar təşkil edən heyvan ətlərinin ayrı-ayrı tədarükçülər tərəfindən keyfiyyətli ət adı ilə müxtəlif satış məntəqələrində topdan və pərakəndə satışını təşkil etməklə çoxsaylı istehlakçıların dələduzluq yolu ilə xeyli miqdarda əmlaklarını ələ keçirməyə cəhd etmələrinə şübhələr üçün əsaslar müəyyən edildiyindən onlara Cinayət Məcəlləsinin 29, 178.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən dələduzluğa cəhd), 29, 178.2.3 (qulluq mövqeyindən istifadə etməklə dələduzluğa cəhd), 29, 178.2.4 (xeyli miqdarda ziyan vurmaqla dələduzluğa cəhd), 29, 200.2.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən istehlakçıları aldatmaya cəhd), 29, 200.2.3 (külli miqdarda ziyan vurmaqla istehlakçıları aldatmaya cəhd) və 308.1-ci (mühüm zərər vurma ilə nəticələnən vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham elan edilərək barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.

Bundan başqa, aparılmış istintaqla bazara keyfiyyətsiz ət tədarük etmiş Həsənov Əli Tahir oğlu, Nəbiyev Şamxal Kərim oğlu, Tağıyev Vasif İbadulla oğlu və Səlimov Cahangir Xələf oğlunun birgə istehlakçıların dələduzluq yolu ilə xeyli miqdarda əmlaklarını ələ keçirməyə cəhd etmələrinə şübhələr üçün əsaslar müəyyən edildiyindən onlara Cinayət Məcəlləsinin 29, 178.2.1 və 29, 200.2.2-ci maddələri ilə ittiham elan edilərək barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.

Sosial şəbəkələrdə paylaş:
Müəllif:
Kateqoriya:
TURİZM
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2026

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə